Page 301 - 2-ci cild
P. 301
Vitold Qombrovi÷

Sənə nə oldu? İştahan yoxdur? Bu, yaxşı iş olmadı. İndi biz
nə edək? Nə? Biz nə edək?

İvonna (susur).
Kamerger. Heç nə? (İltifatla gülür.) Heç nə?
Kral. Heç nə? (İltifatla gülür. Qəflətən hirslə.) Heç nə?
(Kamergerə.) Heç nə?
Kraliça. Heç nə…
Kamerger. Zati-aliləri, ümumiyyətlə, heç nə. Əslində, əgər
belə ifadə etmək caizdirsə, heç nə.

Sükut.

Kraliça. Sən necə də qorxaqsan… Belə sevimli, sakit. Amma
əgər heç olmasa hərdən bizə cavab versəydin... (İvonnaya.) Sən,
heç olmasa, hərdən cavab ver də, mənim göyərçinim. Bu ki çətin
bir iş deyil. Balası, heç olmasa hərdən-hərdən nəsə demək
lazımdır. Ədəb qaydaları bunu tələb edir, adi ədəb qaydaları…
Nə oldu? Di indi nə edək? İndi nəylə məşğul olaq? Hə?

Kral. Hə?
İvonna (susur).
Kral. Di necə olsun? Sənin nə istədiyini axı bilməliyəm!
Bütün günü evdə əlini ağdan-qaraya vurmadan vurnuxmaq olmaz!
Bu ki can üzməkdir. Axı can üzməkdir! (Sarsıntı içində orada
olanlara baxır.) Can üzməkdir! Tanrıdan qorxun!
Kamerger. Tanrının rəhmi gəlsin!
Valentin (daxil olaraq). Zati aliləri, həkim gəlib, qalereyada
gözləyir.
Şahzadə (İvonnaya). Gedək həkimlə söhbət edək. İzninizlə!

Şahzadə və İvonna qapılara sarı gedir.

Kraliça. Filipp! Bir dəqiqə, xahiş edirəm! Filipp! (Şahzadə
Kraliçanın və saray adamlarının yanına qayıdır.) Cənablar, bizi
tək buraxın, oğlumuzla vacib söhbətimiz var.

301
   296   297   298   299   300   301   302   303   304   305   306