Page 307 - 2-ci cild
P. 307
Vitold Qombrovi÷

salır, nəsə qəflətən beynimdə sən peyda olursan… yüngül ev
paltarında…

Kraliça. O, məni sənin yadına salır… Nəyimi? Yüngül ev
paltarımı?

Kral. Məhz onu? Məhz indi sən düşündüyünü? De, görüm
nə? İndi nə düşündüyünü denən, onda məlum olar ki, bəlkə, elə
biz ikimiz də eyni şeyi fikirləşirik. Qulağıma de.

Kraliça. İqnatsi! Sən nədən danışırsan?
Kral. Demək, haqlıyam, mənim kraliçam! Demək, bizim də
öz sirlərimiz var!
Kraliça. Sən özündən gedirsən!
Kral. Əksinə, özümə gəlirəm! Özümə gəlirəm! Mən hər şeyi
xatırlayıram! Tyu-Tyu! Mu-mu! (Qəflətən çıxır.)
Kraliça. Bütün bunlar nə deməkdir?

Kamerger Kralın ardınca qaçır. Kraliça barmağını alnına
qoyaraq fikrə qərq olub. İza daxil olub güzgünün qarşısında

fırlanır.

Bəsdir nazlandın.
İza (utanaraq). Zati-aliləri...
Kraliça. Sən elə həmişə nazlanırsan. Elə o… o… zavallı
sarayda peyda olandan siz hamınız hey nazlanırsınız. Əziz xanım,
mənə yaxınlaş. Səndən soruşası sözüm var.
İza. Xanım…
Kraliça. Gözlərimin içinə bax. Etiraf et ki, sən mənim o… o
şeirlərim barədə heç kimə heç nə deməmisən, çərənləməmisən!
Açıq denən, dözə bilməyib danışmısan?
İza. Zati-aliləri!
Kraliça. Demək, heç kimə deməmisən? Heç nəyi? Onda
mən anlamıram, o necə öyrənə bilib? Yəqin, mənim dəftərimi
döşəyin altından tapıb.
İza. Kim, zati-aliləri?
Kraliça. Səbəb yalnız bu ola bilər, başqa heç nə. O, məhz
bunu nəzərdə tutmuşdu! İndi mənimlə açıq danış. Mənimlə

307
   302   303   304   305   306   307   308   309   310   311   312