Page 311 - 2-ci cild
P. 311
Vitold Qombrovi÷

Şahzadə (inamla). Amma ona hamı yaxınlaşa bilər. Onun
saçından darta bilər. Qulağından da!

Kral (qəflətən). Ha-ha-ha! (Utanaraq susur.) Bu… onu…
hm…

Kamerger. Şahzadə, zati-aliləri, əgər mənə toxunsanız, onda
mən…

Şahzadə. Amma ona hamı toxuna bilər! İnanın ki, siz
ürəyinizdən keçəni onunla eləyə bilərsiniz! O, elə bir məxluqdur
ki, onunla hər şey etmək olar! Mağmının birisidir. Etiraz-zad
eləyən deyil. Özü də kifirdir. Hər şey olar. Onunla sən özünü hər
cür – səfeh, iyrənc, əzazil, gictəhər, istədiyin və ağlın kəsən kimi
apara bilərsən. (Kamergerə təzim edir.) Tam sərbəstlik… Tam
sərbəstlik…

Kamerger (geri atılır). Bütün bunların mənə aidiyyəti yoxdur!
Mənim üçün fərq etməz. (Şahzadəyə təzim edir.) Görüşənədək...
Görüşənədək. (Çıxır.)

Kral. Əclaf. Əclaf. Hə, hə, oğlum... Nə gözünü zilləmisən?
Görüşənədək. (Təzim edir.) Görüşənədək. Rədd ol! Rədd ol!
(Çıxır.)

Kraliça. Bütün bunlar nə deməkdir? İzah elə görüm, bütün
bunlar nə deməkdir, niyə sən belə danışırsan… Görüşənədək,
görüşənədək. (Çıxır.)

Şahzadə (çıxanların ardınca). Hər şey olar! Hər şey! Kim nə
istəyir. (Öz-özünə.) O isə orada, bir küncdə oturub məni sevir,
məni sevir! Məni sevir! Və hər şey olar! Hər şey olar! Kim nə
istəyir! Hər şey! (Bütün bu səhnə boyu dekorasiyanın dərinliyində
oturduğu stuldan qalxıb getmək istəyən İzanı görür. Şahzadə
yaxınlaşıb onun boğazından öpür.) Beləsiylə çək-çevir etməyə
ehtiyac yoxdur!

İza. Buraxın məni!
Şahzadə. Ah! Əşi, siz utanıb-eləməyin! Hər şey olar. (Onun
dodaqlarından öpür.) Ax! Ləzzətə bax…
İza (ondan azad olmağa çalışaraq). Mən indi qışqıracağam!
Şahzadə. Mən axı sizə dedim ki, utanmayın, onunla hər şey
olar! Üzr istəyirəm! Düzünə qalsa, mən istəmirdim. Nəsə öz-

311
   306   307   308   309   310   311   312   313   314   315   316