Page 345 - 2-ci cild
P. 345
Ìàêñ Ôðèø

onların ağuşu xəlbir kimidi, heç nəyi saxlamır. Bir sən məni
saxladın. Sən niyə susursan? Yadındamı, deyirdin, mən birinci
qadınınam. Onda mən güldüm. Sən də incidin. Amma sən məni
yenə də anlamadın. Sonra biz şahmat oynadıq...

Kişi. Şahmat?
Miranda. Bax elə onda da sənin əllərinə heyran oldum.
Kişi. Mən şahmat oynamıram.
Miranda. Mən onda gülümsədim. Çünki anladım ki, sən
bütün kişilərin cəmindən daha dərrakəlisən. Biz şahmat oynayanda
gördüm ki, sən ürəyi istəyəni eləməyə özündə cəsarət tapan
yeganə kişisən. Hətta fahişəxanada.
Kişi. Mənim adım don Rodreqodu.
Miranda. Yaxşı görək!
Kişi. Burda gülməli nə var?
Miranda. Don Roderiqo? Sən mənimlə məzələnirsən. Çünki
bilirsən ki, mən onun da ağuşunda olmuşam. Don Roderiqo... O,
mənim üçün sıradan birisidi. O, başqalarından heç nəyi ilə
fərqlənmir, olsa-olsa bircə adıyla. Hərdən onların özlərini necə
tanıya bildiklərinə məəttəl qalıram. Hamısı bir sifətdə. Hətta
susanda, yaxud qadın quçaqlayanda belə. İlahi, onlar necə də
darıxdırıcıdılar. Məsələn, elə sənin o don Roderiqon. Onlardan
nə qədər seçildiyini özün çətin dərk edəsən. Elə ona görə bunları
sənə deyirəm.
Kişi. Əgər mən, həqiqətən, don Roderiqoyamsa necə?
İstəyirsən, sənin qarşında bütün müqəddəslərə and içim?
Miranda. Onda mən don Roderiqonu da, onun müqəddəslərini
də məsxərəyə qoyacağam. Mən sənin əllərini buraxmayacağam.
Mən onları tanıdım. İcazə ver, əllərini öpüm. Bu əllər mənin
özümü öz gözümdə ucaldacaq. Çünki bu əllər yer üzündə yalnız
bir insana məxsus ola bilər... Don Juana.
Kişi. Don Juana?

Miranda onun əllərini öpür.

345
   340   341   342   343   344   345   346   347   348   349   350