Page 381 - 2-ci cild
P. 381
Ìàêñ Ôðèø

Qucaqlayanda səni niyə tanımadım? Mən sənin indiki obrazını
əbədi yaddaşıma həkk etdim. O obrazı ki mən ona xəyanət etdim
və hara getsəm, sübh günəşinin şəfəqlərində əbədi dayanıb mənə
baxacaq...

qadın. Mənim Juanım.
Don Juan. Doğrudanmı hələ də səni sevdiyimə inanırsan?
Düşünürdüm ki, bu ümid səni həmişəlik tərk edib. Mən özüm
buna necə inana bilərəm?
qadın. Qalx!
Don Juan. Anna!
qadın. Qalx!
Don Juan. Mən səndən üzr-zad istəmirəm Ötən gecə
yaşadıqlarımdan məni üzr yox, ancaq möcuzə xilas edə bilər...
qadın. Qalx!
Don Juan (qalxır). Biz bir-birimizi ona görə itirdik ki, bir də
rastlaşanda daha ayrılmayaq. İndi biz ömürlük bir yerdəyik!
(Onu qucaqlayır.) Mənim arvadım!
qadın. Mənin ərim!

Don Qonsalo əlində qılınc daxil olur.

Don qonsalo. Hə! O burdaymış!
Don Juan. Hə, ata.
Don qonsalo. Özünü gözlə!
Don Juan. Siz gecikmisiz, ata, biz təzədən evləndik.
Don qonsalo. Qatil!
Don Juan. Bu nə axmaqlıqdı!
Don qonsalo. Özünü gözlə!
Don Juan. Sənin atan sadəcə anlaya bilmir. Bizim
xoşbəxtliyimizi öz gözləriylə görə-görə anlaya bilmir.
Don qonsalo. Xoşbəxtlik... Xoşbəxtlik... Bu adam xoşbəxtlik
deyir?..
Don Juan. Hə, ata. Bizi tək buraxın.

381
   376   377   378   379   380   381   382   383   384   385   386