Page 393 - 2-ci cild
P. 393
Ìàêñ Ôðèø

Yepiskop. Mətləbə keçin.

Don Juan əyləşir.

Söhbət nədən gedir?
Don Juan. İki kəlməylə desək, əfsanənin yaranmasından.
Yepiskop. Üzr istəyirəm, nədən?
Don Juan. Əfsanənin yaranmasından. (Qrafini stolun üstündən
götürür.) Zati-aliləri, sizdən soruşmağı unutdum, içirsizmi?

Yepiskop imtina jesti eləyir.

Don Juan. Bizim vaxtımız azdı, indicə xanımlar gəlib çıxacaq.
İcazə verin, ittihamsız danışaq.

Yepiskop. Buyurun.
Don Juan. Əgər iki kəlməylə desəm, mənim təklifim belədi:
sizin, necə deyərlər, qatı düşməniniz Don Juan Tenorio – canının
ən sulu vaxtında qarşınızda əyləşib ölümsüzlük qazanmağa,
üstəlik, əfsanəyə çevrilməyə hazırlaşan həmin o Don Juan Tenorio
bu gündən gec olmayaraq, ölmək barədə qərar qəbul edib.
Yepiskop. Ölmək?
Don Juan. Məlum şərtlərlə.
Yepiskop. Hansı?
Don Juan. Biz özümüzünküyük, zati-aliləri. Açıq danışacam.
Siz, yəni ispan kilsəsi mənə babat təqaüd kəsib, monastırda, kişi
monastırında ixtiyarıma hücrə verirsiz. Çalışın, xırda hücrə
olmasın, həm də imkan daxilində pəncərəsi Əndəlüz dağlarına
baxsın. Mən orda qadınların çəngindən yaxa qurtarıb çörək-
şərabla günümü keçirə-keçirə öz həndəsəmlə məşğul olacam.
Yepiskop. Hm...
Don Juan. Siz isə, ey Kordovanın yepiskopu, məndən puldan
da artıq ehtiyacınız olan bir şey alacaqsız: cəhənnəmin udduğu
kafir haqqında mif.
Yepiskop. Hm...

393
   388   389   390   391   392   393   394   395   396   397   398