Page 399 - 2-ci cild
P. 399
Ìàêñ Ôðèø
Zati-aliləri, mənə monastırın adını deyin.
Yepiskop. Siz elə əminliklə danışırsız ki...
Don Juan. Əlbəttə, kilsəni mükəmməl alınmış əfsanələr
qane edə bilər. Sizin şübhələriniz mənə aydındı. Kordova
yepiskopu, tamamilə əmin ola bilərsiz, bu tarixçə çox inandırıcı
alınacaq. Bu, heç də orijinal deyil. Süjet köhnədi, heykəl qatili
öldürür. Buna antik əbədiyyatda da rast gəlmək olar. Quru kəlləylə
məzələnmək və kəlləni cəza kimi həmin vələddüzzinanın özüylə
o dünyaya aparması süjeti isə bizlərə əsgərlərimizin bugünəcən
oxuduqları bareton balladalarından da tanışdı. Biz ənənələrdən
kənara çıxmırıq.
Yepiskop şlyapasını və tünd eynəyini çıxarıb Don Juanın
qarşısında əsl qiyafəsində dayanır.
Don Baltasar Lopes?
Lopes. Bəli.
Don Juan. Demək, belə...
Lopes. Biz sizinlə cəmi bircə dəfə görüşmüşük. O da ani
görüş olub. Qapını açanda ağ pərdə şama toxundu və mən sizi
arvadımın yanında gördüm. Yadınızdadımı, alov qalxdı. Mən
onu söndürməli oldum.
Don Juan. Yadımdadı.
Lopes. Döyüşməyə imkan olmadı.
Don Juan qılıncını çıxarır.
İndi, qisasdan hansı yolla qaçmaq istədiyinizi biləndə sizin bu
idbar əfsanənizi ifşa etmək mənə xüsusi məmnunluq gətirəcək.
Xanımları buraxın gəlsin. Don Juan Tenorio, siz də bizlər kimi
bu dünyada qalmalı olacaqsız. Və mən, siz Don Juan Tenorio
kəbinli ər olana qədər rahatlanan deyiləm.
Don Juan. Ha-ha!
Lopes. Özü də məhz mənim arvadımın əri.
399