Page 405 - 2-ci cild
P. 405
Ìàêñ Ôðèø
Donna Elvira. Mənim ərimi?
Don Juan. Mənim igid nökərim onun – sənin ərinin öz daş
dəbilqəsi ilə başını necə tərpətdiyini öz gözləriylə görüb. Sanki
deyirmiş, bu gün bura gəlməyə vaxt eləyə biləcək. Bəs onda niyə
gəlib çıxmadı? Artıq gecəyarıdı. Sizin o göylərin cəzasına gəlmək
üçün bundan artıq nə eləyə bilərəm ki?
Astadan tıqqıltı səsi gəlir.
Lopes. Donna Elvira, burda qalın.
Astadan tıqqıltı səsi gəlir.
Bütün bunlar hamısı yalandı, cılız saxtakarlıq, dələduzluqdu. O,
sizi axmaq yerinə qoymaq istəyir, vəssalam. Bura baxın, stolun
altındakı bu bic-vələddüzzina qurğunu görürsüz? O, sizi kükürdlə
və gurultuyla vahimələndirmək istəyir ki, sizlər qorxudan huşunuzu
itirib inanasız ki, Don Juan cəhənnəmə vasil oldu... Bütün bu
ilahi məhkəmə xalis tamaşadı, yerin cəzasından qurtulmaq üçün
düşünülən görünməmiş bir dəlilikdi. O, bizim cəzamızdan qaçmaq
üçün əfsanə yaradaraq, bütün İspaniyanı barmağına dolamağı
planlaşdırıb. Vəssalam, onun planı bax budu. Xalis tamaşa!
Don Juan gülür.
İnkar edəcəksiz?
Don Juan. Qətiyyən!
Lopes. Xanımlar, özünüz də eşitdiz!
Don Juan. Xalis tamaşa!
Lopes. Baxın, döşəmədə qapaq var. Xanımlar, bura, bu qapa-
ğa baxın ki, özünüz də əmin olasız.
Don Juan gülür.
Xalis tamaşa!
405