Page 409 - 2-ci cild
P. 409
Ìàêñ Ôðèø
Yaxşı. Çox sağ ol. Mən sənə heç nə deməmişəm.
Nökər gedir.
(Oxumaq istəyir, sonra kitabı bir küncə tolazlayıb qışqırır.)
Alonzo! Məni hər şey hazır olanda çağırarsan. Mən öz
hücrəmdəyəm! (Getmək istəyir.)
Kordovanın kök yepiskopu, keçmiş Dieqo ata bağdan çıxır.
Onun əlində astra var.
Yepiskop. Hara belə tələsirsiz?
Don Juan. Ah!
Yepiskop. Biz sizi bağda gözləyirdik. İlahi bir axşamdı!
Təəssüf ki, bu gün burda qala bilmərəm. Sizin yarğanın aşağısındakı
arkada dayanaraq doğan günəşin şüaları altında bərq vuran
Rondun axar sularına və astralara, axşamlar isə vadinin mavi
sərinliyinə baxmaqdan həzz alaraq, hər dəfə düşünürəm ki, əsl
cənnət sizin ayaqlarınız altındadır!
Don Juan. Mən bilirəm.
Yepiskop. Artıq payızdı...
Don Juan. Dieqo, şərab içirsiz?
Yepiskop. Məmnuniyyətlə.
Don Juan iki badəni qrafində olan şərabla doldurur.
Elə indicə dedim ki, belə bağ-bağat yaradan mavrlar bədənlərinə
həzz verməyi gör bir necə bacarırmış! Sən bir istedadın gücünə
bax! Sərinlik və sakitliklə dolu bu yelçəkən həyətlərin bütün
anfiladaları... Sükut qəti ölü sükut deyil, amma çərçivələrin incə
işləmələri arasından keçərək qeyb olan mavi genişliyin sirriylə
doludu. Biz qürub günəşinin şüaları əks olunan bu qızılı kölgələrin
altında çimib, bu sərinliyi ciyərlərimizə çəkirik. Necə də düşünülüb!
Necə də gözəldi! Və bütün bunlar hamısı dərimizin həzzi üçündü!
409