Page 419 - 2-ci cild
P. 419
Úîí Ìàððåë

Sara əyləşir. Alnına düşən saçlarını arxaya eləyir.
Əsəbi halda dodaqlarını gəmirir.

Sara. Hə! Nəsə eləmək lazımdı! Özü də dərhal! İstiyə bir
bax! Adamın lap cızdağını çıxarır. Bu yanar şar gec-tez hamını
külə döndərib… sonra özü də kül olacaq… gec-tez. Amma
haçan?.. Bəlkə, sonra onu əvəz etdilər? Nəylə? Hə-ə-ə… Elə də
asan iş deyil.

Pitu qayıdıb əlyazmanı Saraya verir.

Bunu mənmi istəmişdim?
Pitu. Məncə, yox.
Sara. Mən çətir istəmişdim. Çə-tir! İstidən bişirəm. Quruyuram!
Pitu, mən artıq Saxara səhrası kimiyəm!
Pitu. Madam, sizin qızdırmanız var?
Sara. Xeyr, müsyö, bizim günəşimiz var.
Pitu. Niyə axı bura gəlmisiz? Doktor Maro məsləhət bilmir.
Sizi titrətmə tuta bilər.
Sara. Məni titrətmə tuta bilməz. Məndə həyatım boyu titrətmə
olmayıb.
Pitu. Hər şey yavaş-yavaş əmələ gəlir – yüngül qızdırma,
sonra nəfəs almaq çətinləşir, sonra qanqusma, sayıqlama, özündən-
getmə…
Sara. Pitu, mumlayın! Özünüzü nə hesab eləyirsiz!
Pitu (bir azca sakitləşərək). Yəqin ki, belə demək istəyirdiz:
“Pitu, niyə xəbərdar etməmisiz ki, mənə günəş altında oturmaq
olmaz?”
Sara. Heç də yox. Mən başqa söz demək istəyirdim: “Pitu,
siz niyə … çətiri unutmusuz”.
Pitu. Hə! Bu dəqiqə, madam. (Dərhal çıxışa tərəf gedir.)
Sara. Qrammofonu da gətirin!
Pitu (ayaq saxlayır). Nəyi?
Sara (israrla). Qrammofonu. Musiqi bir az kefimi düzəldər.

419
   414   415   416   417   418   419   420   421   422   423   424