Page 425 - 2-ci cild
P. 425
Úîí Ìàððåë
Sara (qalxıb royala tərəf gedərək). Heç biri uyğun gəlmir…
Heç biri! Boşluq! (Valı çıxarıb yerə atır.)
Pitu (pauzadan sonra). Yazıq miss Harden. (Tikələri yerdən
yığır.) Düzdü, o qədər də yaxşı oxumur, amma bu, heç də əsas
vermir ki, onun valını…
Sara. Miss Hardenlə qurtardıq. Unudun getsin.
Pitu. Yəqin, qrammofona təzə iynələr lazım olacaq…
Sara. Təzə iynələr?.. Xeyr, təzə yanaşma lazımdı!
Pitu (valın qırıqlarını ona uzadır). Budu, yığdım.
Sara. Əla! Mən sizi elə buna görə işə götürmüşəm.
Pitu (ehtiyatla). Bəlkə, işə sabah davam eləyək?
Sara. Demək, mənim memuarlarım sizə maraqlı deyil, hə?
Pitu. Nə danışırsız, madam? Bu ki mənim öz ideyamdı.
Dünyanın bütün maarifpərvər ölkələri üçün ikicildlik xatirələr
kitabı. Amerika da daxil.
Sara (qəflətən). Aydın oldu! Pitu! Siz mənim anamsız. (Kres-
loya tərəf gedir.)
Pitu. Kiməm?
Sara. Siz məni rədd etməyəcəksiz… Hə, Pitu?
Pitu. Deməli, mən sizin ananızam?
Sara. Ana. Anacan.
Pitu (işləmək həvəsiylə). Hansı dövrü götürürük?
Sara. Mənim… Mənim iyirmi yeddi yaşım var. (Kresloya
əyləşir.)
Pitu (kənara). Əlli ilə bir təpik! (Ucadan.) Əla! Başlayırıqmı?
Sara. Beləliklə… Əvvəlcə remarka: tanınmış aktrisa Sara
Bernar balaca oğlu Morislə birlikdə Parisdə, knyaz Enri de Linin
Senanın sol sahilindəki evində yaşayır. (Səsini dəyişir.) Moris
hardadı? Mənim ciyərparam, əziz balam hardadı?
Pitu (ananı oynayaraq). O, doktor Moronu dəniz xərçəngi,
lanqust tutmağa dartıb apardı.
Sara. Yox, yox. Belə olmaz. Siz gözəllər gözəlisiz. Mənim
anam çox gözəl idi! Həm də siz gərək mənə ilişəsiz, mızıldayasız,
mısmırıq sallayasız. Bir sözlə, hər gün elədiklərinizi təkrarlayın,
vəssalam.
425