Page 427 - 2-ci cild
P. 427
Úîí Ìàððåë
Pitu (obrazdan çıxaraq). Məni çaşdırmayın!
Sara (pıçıltıyla). Oldu. (Oynayır.) Mənim məsuliyyətim yalnız
özüm üçündü, öz yanımdadı.
Pitu. Yalnız özün üçün? Doğrudan? İyirmi yeddi yaşın oldu,
yenə ağlın başına gəlmədi! Bəs uşaq?
Sara. Hə, ana, Morisə görə də məsuliyyət daşıyıram. Knyaz
Enriyə görə də.
Pitu (hiddətlə). Knyaz Enri! Nə danışırsan? Xəyal eləyirsən
ki, o, nə vaxtsa Morisə öz soyadını verəcək? O belçikalı cənab
ağlını itirməyib?
Sara. O, məni sevir!
Pitu (rol artıq tamamilə ona hakim kəsilib). Yaman böyük
qəhrəmanlıq eləyir! Sevir səni! Çox nəcib işdi! Başqa cür sənə
necə yaxın düşə bilərdi? Baxarsan, onun valideynləri, həmin o
bəxtəvər aristokratlar, knyaz sülaləsinə kimi soxulduğundan xəbər
tutanda nə şivən qoparacaqlar!
Sara (heyranlıqla qulaq asır). Qiyamət! (Pıçıltıyla.) Şəxsən
mən heç vaxt səndən heç nəyimi əsirgəməmişəm. Gücüm çatanı
eləmişəm!
Pitu (sözü göydə tutur). Şəxsən mən heç vaxt səndən heç
nəyimi əsirgəməmişəm. Gücüm çatanı eləmişəm!
Sara. Yox, yox! Siz həmişə Jannanı istəmisiz! Sizin sevimli
övladınız Jannadı, heç vaxt, heç nəyi ondan əsirgəməmisiz!
Pitu. Niyə də olmasın? Janna, həqiqətən də, mələk kimi qızdı.
Düzdü, bir az əsəbidi, amma övlad kimi sədaqəti sonsuzdu.
Sara (heyranlıqla gülür). Bravo!
Pitu obrazdan çıxıb fikirli-fikirli ah çəkir.
Xahiş edirəm, özünüzü elə aparmayın ki, guya bu oyun ürəyiniz-
cə deyil!
Pitu (soyuq tərzdə). Mən davam eləyə bilərəm?
Sara. Neynək. Davam edin.
427