Page 431 - 2-ci cild
P. 431
Úîí Ìàððåë
Pitu əriyib gedir.
Beləliklə, anam mənə deyir ki… (Pitunun əlinə yelpiyi verir.
Pitu ağır-ağır, çəkinə-çəkinə arxasını ona çevirir. O, qadına tərəf
çevrilir.)
Pitu (artıq ona sarı dönəndə ana obrazındadı). Madmazel
Sara, sənin artıq iyirmi yeddi yaşın var. Bu, zarafat deyil.
Sara (xəyallar içində). Mənim on bir yaşım var…
Pitu (sanki obrazdan çıxmır, obrazdan sıçrayır). Necə yəni
on bir?! Sizin heç vaxt on bir yaşınız olmayıb… Bizim yazılarda…
Sara. Olub, anacan. Olub… Dəyişməyən təkcə sənin yaşındı.
Səndə yaş deyilən şey həmişə iyirmi yeddi olub. Əzizim, elə indi
də sənin cəmi iyirmi yeddi yaşın var!
Pitu (obraza girərək). Hə, mən çox tez ana oldum.
Sara. Anacan, biz səninlə bomboz divarın yanında dayanmışıq.
Sən məni Qrand Şamp monastırına gətirmisən. Mənə ev işlərini
öyrətmək sənin üçün çox vacibdi. Əslində isə sən məndən canını
qurtarmaq istəyirsən. Mənim hərəkətlərim sənin pisinə gəlir, səni
qıcıqlandırır. Mən cımcıqlamağı xoşlayıram. Cımcıqlamağı!
Cımcıqlamağı! Xüsusən də sənin centlemenlərini. Özü də yeri
dəqiq tapıram – ən həssas yerləri cımcıqlayıram. Sən hiddətlənirsən.
Sən hiddətlənməyi çox xoşlayırsan. Sən həmişə hiddət içindəsən.
Həmişə də mənə qarşı. İndi azad olarsan. Sən məni monastırda
qoyub iri, qara karetdə çıxıb gedirsən. Hasarların, sonsuz boz
ağacların arasıyla gedə-gedə bomboz üfüqdə qeyb olursan…
Mən ağlayıram. Mən qorxuram. Sən məni sakitləşdirmək istəyirsən.
Pitu (qismən obrazdan çıxıb. Hərəkətləri kəskin, kişisayağıdı,
amma səsi ananın səsidi). Mən artıq çıxıb getmişəm. İri qara
karetdə.
Sara. Siz daha ana deyilsiz.
Pitu (obrazda). Balası, bəs onda mən kiməm?
Sara. Siz yenə anasız. Amma o ana yox. Siz müqəddəs
anasız.
Pitu (obrazdan çıxaraq). Bircə bu qalmışdı!
431