Page 433 - 2-ci cild
P. 433
Úîí Ìàððåë

Sara çiyinlərini çəkir.

Madmaze-e-el!
Sara (sakitləşir). Nəydi? Siyzə nəy lazımdı?
Pitu (obrazdan çıxaraq). Madam, on bir yaşında daha uşaq
kimi danışmırlar. (Ağzını əyir.) “Siyzə nəy layzımdı?”
Sara. Hə, əndazəni aşdım. Əvvəldən başlayaq. (Ağlayır.)
Pitu (əlbəttə, yenə obrazdadı, onun çiyinlərinə toxunur).
Madmaze-e-el!

Sara kəskin hərəkətlə çiyinlərini çəkir.

Madmaze-e-el!
Sara (kobud tərzdə). Əl çəkin!
Pitu (hələ də Sofiyanın obrazında). Ay-ay-ay, madmazel
Bernar! Siz uşaq deyilsiz, on bir yaşınız var!
Sara (qız obrazından çıxaraq). Hər şeyi yaşla bağlamaq
sizdə nə adətdi belə? Madmazel Bernar, sizin filan qədər yaşınız
var. Söhbətə belə başlamırlar. Belə bir şəraitdə, belə bir yerdə
Sofiya ana mənə nə deməlidi. Nə? Deyin!
Pitu (üzrxahlıqla obrazdan çıxaraq). Mənim tanışlarım
arasında bir nəfər də rahibə olmayıb.
Sara. Amma təsəvvür edə bilərsiz!
Pitu. Madam, axı…
Sara. Mısmırıq sallamayın. Özünüzü toplayın!.. (Küncə ge-
dir.) Budu, mən ağlayıram. Küncdə. Yaxınlaşın. Danışın. (Ağla-
yır.)
Pitu (başındakını düzəldib ağır-ağır yaxınlaşır, öncə nəsə
demək istəyir, aydın olmayan səslər çıxarır).

Sara lap hönkürür.

Madmaze-e-el! Madmazel Sara!
Sara. Nədi?.. Üzr istəyirəm. (Kobud tərzdə.) Əl çəkin!

433
   428   429   430   431   432   433   434   435   436   437   438