Page 435 - 2-ci cild
P. 435
Úîí Ìàððåë
Pitu. Bu həftə zülüm çəkmişəm. Böyrəklərim…
Sara. Seylon rahibləri sizin böyrəklərinizə görə məsuliyyət
daşımır. Yeri gəlmişkən, elə mən də.
Pitu. Təqsirkaram… Mən istəmirdim, hirslənməyin. Nə olar!
(Tez-tələsik.) Yaxşı. Mən anayam! Müqəddəs Sofiyayam, bəs
siz…
Sara. Yox, yox, mənim… zavallı Pitum… (Əlini uzadır. Pitu
o dayanan tərəfə bir addım atır. Sara tez əllərini yana salır.)
Mən yorulmuşam.
Pitu (çaşqın halda). Valı qoyum?
Sara. Yox, başqa bir şey… (Qəflətən.) Mən çətirimi istəyirəm!
Pitu. Nə?
Sara. Günəş… Günəş… Necə də yandırır… Zırpı lampa…
Amma tezliklə sönəcəksən! Lap trilyon il keçsə də, onsuz da
sönəcəksən. Özün də bunu bilirsən, ona görə bizimlə məzələnirsən,
ay səni, qoca fahişə! (Günəşə qışqırır.) Fahişə! Hə, hə! Sən əbədi
deyilsən! Nə qədər istəyirsən, pozğunluq, ədəbsizlik elə! Heç nə
kömək olmayacaq. Heç nə!..
Pitu (əsəbi halda). Nəsə sərin bir şey gətirim?
Sara (sanki ayılaraq). Nə?.. Hə. Zəhmət olmasa. Gedin.
Mən də gözlərimi yumum. Gözləri yummaq necə də asandı…
(Gözlərini yumur.)
Pitu (çaşqın halda). Gedirəm, madam…
Pitu gedən kimi Sara ayaqlarından birinin yoxluğunun
imkan verdiyi qədərində tez stola tərəf gedir və oturub kağızları
eşələyir. Nəhayət, göy qovluqdan başlayır. Daha sonra kar-
totekalar olan qutunu özünə tərəf çəkir. Qutudan çıxarmadan
kartoçkalara baxır.
Sara. Heç cür başa düşə bilmirəm, burda nəsə tapmaq olarmı?
Əlifba sıralamaları üzrə reyestr. O, bir hərfdə bütöv bir ömür
gizləmək istəyir… (Kartoçkaları çıxarır.) “P” hərfi… (Kartoçkaya
baxmadan.) “P”! (Kartoçkanı oxuyur.) Premyeralar. (Oxuyur.)
435