Page 439 - 2-ci cild
P. 439
Úîí Ìàððåë
Pitu. Həyata!
Sara. Çox maraqlıdı. Bu fikir müxtəlifliyi özünü nədə
göstərirdi?
Pitu. Gözləməli, yoxsa gözləməməli!
Sara. Gözləmək? Nəyi?
Pitu. Toy gecəsini.
Sara. A-a-a, başa düşdüm. Siz həddən ziyadə çılğın idiz,
ovurdlarınızı şişirdib vaxt-vədə gözləmədən onu tələb edirdiz!
Pitu. O özü… O özü tələb edirdi. Məni əmin eləyirdi ki, bur-
da dəhşətli bir şey yoxdu… Kilsəni cəmi bir-iki gün aldatmaqla
dünya dağılmaz!
Sara. Elə məncə də, burda dəhşətli bir şey yoxdu.
Pitu. Bir dəfə valideynləri şəhərdən çıxanda özünü xəstəliyə
vurub evdə qaldı.
Sara. Aha. Aha, aha, aha…
Pitu. Məni qapıda qarşılayıb əlimdən tutdu, ordan da yataq
otağına, birbaş çarpayıya gətirdi.
Sara. Və… siz uzanıb…
Pitu. Mən oturdum, madam. Onun nəyə işarə etdiyi dərhal
mənə çatdı. Axmaq deyiləm ki. Anam həmişə mənə deyirdi ki,
toyacan qəti olmaz!
Sara. Bəs o?
Pitu. “İlahi-pərvərdigara, Corc, siz nə yaman sadəlövhsüz!”
dedi. Bircə bunu dedi, vəssalam.
Sara. Sonra nə baş verdi? Bu ki kulminasiyadı! Davam elə,
Pitu, əzizim! Dayanma! Di xahiş eləyirəm!
Pitu. Axı madam… Neynək, danışım da. Sonra özü təşəbbüsü
ələ aldı… Qəflətən qayıdıb deyir: “Corc, gəl yerimizi rahatlayaq”.
Bu nə səfehlikdi belə? Mənə elə belə də rahatdı. Özümçün
uzanmışam da.
Sara. Bəs o?
Pitu. Gülməyə başladı.
Sara. Sizə gülürdü? Hə, başa düşdüm! Böyük əzabdı!
Pitu. Sonra sakitləşdi. Mən birazdan hiss elədim ki, doğrudan
da, yerim narahatdı. Yerimdən qalxdım.
439