Page 443 - 2-ci cild
P. 443
Úîí Ìàððåë
Pitu gözlərini də qırpmadan daş kimi donub-qalıb.
(Kəskin tərzdə). Mister Jarret kupemin qapısını döyür. Mən
tıqqıltı səsi eşidirəm. Eşi-di-rəm!
Pitu donub-qalıb və bu an mexaniki olaraq royalı
döyəcləməyə başlayır.
(Cavan səslə). Buyurun. Kimdi orda?
Pitu. Üzr istəyirəm, mən hələ hazır deyiləm… Bircə dəqiqə.
(Dönüb qalın qələmi götürür və siqar əvəzi ağzına qoyur. Sonra
kobud tərzdə.) Mənəm, miss Bernar, Jarretdi.
Sara. Mən artıq yatmışam. Xeyirli gecələr.
Pitu. Miss Bernar, bir məsələni danışmalıyıq.
Sara. Sabah danışarıq.
Pitu. Olmaz! Qapını açın, miss Bernar.
Sara. Dünyasında. Siz məni it kimi işlədirsiz. Yorulmuşam.
Mənə istirahət lazımdı. Xeyirli gecələr, mister Jarret!
Pitu (çiyinlərini çəkir. Jarretin xarakterini o qədər də tuta
bilməyib). Necə istəyirsiz. Şirin yuxular!
Sara (obrazdan çıxaraq). Pitu!
Pitu (adi tərzdə). Madam, nədi ki?
Sara. Jarret mənimlə məhz bu gecə danışmalıdı.
Pitu. Siz özünüz onu qovduz!
Sara. Vilyam Eduard Jarret üzüyola uşaq-zad deyil! O, sərxoş
kişilər kimi çığır-bağır salacaq. O, mənim kupemə yol tapacaq.
Tapın!
Pitu. Necə?
Sara. Onun kimi. Sənə çatdı?! (Mister Jarretin pozasını
alır.) Ey siz, mənə qulaq asın! Müqəddəs məsumiyyətliyin nüma-
yişi yetər. Mən sizin üçün dalıboş aktyorcığazlardan deyiləm ki,
boynundan burub qovasız. Sizin bu yorğunluğunuza tüpürmək
belə istəmərəm! Mən sənin üçün uşaq-muşaq deyiləm ki. Başımı
tovlayıb işi sabaha qoyasan. Mənim qabağımda atılıb-düşə
bilməzsən!
443