Page 445 - 2-ci cild
P. 445
Úîí Ìàððåë
Gəlin, mister Jarret.
Pitu (oyunu saxlayaraq). İnanmıram! Siz hardan bildiz ki,
qapını döyən mister Jarretdi?
Sara. Siqarın iyindən. Oyundan yayınmayın. (Cavan səslə.)
Mən yorğunam. Siz nə istəyirsiz?
Pitu (əlbəttə ki, Jarretin obrazında). Mən nə istəyirəm? Mən
axı nə istəyirəm? A? Oho-oho! (Çox mənalı tərzdə.) Mən istəyirəm
ki…
Sara. Pul məsələsidi?
Pitu (o, bunu gözləmirdi, hətta bir azca obrazdan da çıxır).
Pul məsələsi? (Yalvarıcı nəzərlərlə ona baxır ki, bəlkə, ona
kömək elədi.)
Sara başını bulayır.
Xeyr, miss Bernar… “pul məsələsi deyil! Mən istəyirəm…”
Sara. Nədi… olmaya mənim heyvancığazıma görə?
Pitu. Xeyr, xeyr mən istəyirəm…
Sara. Mənə dedilər ki, bəs mənim yasəmənim, o balaca
meymunum sizin maşınınızın üzlüyünü gəmirib. Amma mən,
yəqin ki, meymuna görə məsuliyyət daşımıram!
Pitu (Jarret obrazında sərtliklə). Məsələ heyvanda deyil!
Sara. Bəs nədədi? Sözünüzü deyin və mənim kupemi boşaldın!
Pitu. Madam… pardon, miss… tram-ta-taram-tam-tam!
Vəssalam!
Sara. Demək, belə! Onda özünüzü gözləyin! Sizə kim ixtiyar
verib ki, mənim şəxsi həyatıma qarışasınız. Əvvəlcə siz bu tərifli
ingilissayağı hərəkətinizlə kupemə soxulursuz, indi də istəyirsiz
ki…
Pitu (nərildəyir). Hə, istəyirəm! (Ona yaxınlaşır.)
Sara. Jak barədə danışaq?
Pitu (sevincək). Jak barədə, Jak barədə! İlahi! Jak barədə!
Sara (hiddətlə). Siz qastrol başlanan gündən mənim ərimi
təqib edirsiz. Zavallı Jak! Mən ona teatrda karyera qura biləcəyini
vəd etmişdim. Sizsə yenə ona baş rolu verməkdən imtina edirsiz.
Nədi, yəni yunanları bu qədər sevmirsiz?
445