Page 447 - 2-ci cild
P. 447
Úîí Ìàððåë

Sara. Məncə, kobudluğa görə siz Jarreti də kölgədə qoyduz,
Pitu!

Pitu (açıq-aşkar görünən bir məmnunluqla Jarret obrazında
sözünə davam edərək). Mən onun truppada qalmasına dözə
bilmərəm! Mən istəmirəm ki…

Sara (onu dayandırmaq istəyir). Pitu!
Pitu. Heç bir Pitu-filan sizə kömək eləyə bilməz! Cavab
verin, o nə vaxt rədd olub gedəcək?.. Tram-tararam-tam-tam!
Sara. Mən sizə cavab verməyə məcbur deyiləm! Ürəyimi
sizə açmağa da...
Pitu. Tüpürüm sizin ürəyinizə, əlbəttə, bir istisnayla… O
kütbeyin amerikalıların oğurluq qızıllarla dolu ciblərini səhnədə
qoyduğun ürəyinlə boşaltdığın məqamları nəzərdə tuturam!
Sara. Mister Jarret! Əgər sizi düzgün başa düşdümsə, demək,
qarşımda ultimatum qoyursuz: ya o gedir, ya da biz işləmirik.
Eləmi? Demək belə: Jak Aristid Damala mənim qanuni ərimdi.
Sizsə… sizsə olsa-olsa… Doğrudan da, siz kimsiz axı? Tüpürüm
sizin işinizə də, sizin, yaxud sizin kimi bir başqasının məni
fikirləşməsinə də! Ta-ta-raram! (Pauza.) Amma bəri başdan
xəbərdar edirəm: uduzan siz olacaqsız. Yalnız siz! (Demək olar
ki, artıq qaranlıqdı. O, düşüncələrə qərq olaraq sanki əvvəlki
dövrə qayıdır.) … Məni onunla bacım Janna tanış etmişdi…
Parisdə… Jak Aristid Damala… Amma sonralar ona vuruldum.
Balaca bir kazinoda… Oyunu aparmışdı. Özü də necə gözəl
aparmışdı!.. O vaxtlar oğluma da şulerlik fokusları öyrətmişdi.
Amma nə etsə də, Morisin ondan zəhləsi gedirdi… Gördüyüm
bütün saqqallılar arasında gözəllikdə onun saqqalına çatanı yox
idi. Bütün otuz yaşlı yunanlar gözəldi…

Pitu bütün bu vaxt ərzində zəif işıqdan əziyyət çəkə-çəkə
yazır.

Cavanlıqda bizlərə kişilərin ancaq bədənləri, tarım çəkilmiş
qarınları, əzələləri lazımdı… Sonra ağılları… tüstülətdikləri

447
   442   443   444   445   446   447   448   449   450   451   452