Page 451 - 2-ci cild
P. 451
Úîí Ìàððåë
Səhnə, demək olar ki, qaranlıqdı. Sara ulduzlara baxır.

(kədərlə.) Mən axı onda sizin də öləri olduğunuzu bilmirdim…
Pitu. Müsyö Moris dedi ki, mən sizi mütləq gətirməliyəm!

Özü də dərhal! (Onun əlindən tutur.)

Onlar tələsmədən artırmayla gedirlər. Sara açıq çətiri
başı üzərində tutub.

Aşağıda, artırmanın arxasında fişənglər atılır. Musiqi. Fişənglərin
yanar zolağı səhnəni işıqlandırır. Çətir əlindən düşür.

Sara (Pitu, demək olar, onu darta-darta aparır. Sara baxışlarını
heyran qaldığı bu mənzərədən – fişənglərin parıltısından çəkə
bilmir). İlahi! Bu nədi, Pitu? Təzədən? Təzədən günəş doğdu?
Günəş… Günəş…

Pərdə

İKİNCİ HİSSƏ

Elə həmin artırma. Dəyişən yalnız indi skamyanın xəz dəriylə
örtülməsi, bir də kresloya yastıq qoyulmasıdı. Gecə sona
yaxınlaşır.

Əynində uzun gecə paltarı olan Sara royalda eyni melodiyanı
çala-çala qalıb. Oxumağını özü müşayiət edir.

Sara (ifasına davam edə-edə). Necə də sadə melodiyadı…
Moris üçün layla… (Qəflətən yumruğunu pianonun dillərinə
vurur.) Yox! O, heç vaxt bu musiqini xoşlamayıb. Elə səsi gələn
kimi bağırmağa başlayırdı… (Qalxıb artırmanı keçərək stola
tərəf gedir.) Mən bu işi görməliyəm. Mən bu işi hər gün
görməliyəm. (Əyləşib göy qovluğu əlinə alır, onu vərəqləməyə
başlayır. Sonra kartoçkaları eşələyir). Mən gərək bütün bunları
qaydaya salam. Kim bilir, nə qədər vaxtım qalıb? (Oxuyur). Min

451
   446   447   448   449   450   451   452   453   454   455   456