Page 449 - 2-ci cild
P. 449
Úîí Ìàððåë
öyrənmişəm. O, bütün bunların qadın üçün necə vacib olduğunu
bilirdi. Mənim kimilərin özlərini külə dönənəcən yandırmağa
haqqı yoxdu. Mən həmişə gərək formada olam. Eləmi, Jak?
Qucaqlayın məni. Jak, Jak…
Pitu qorxa-qorxa onu qucaqlamaq istəyir. Bu zaman səhnə
arxasından gurultu, hay-küy, gülüş səsləri eşidilir.
Pəncərələrdən birinin işığı yanır.
Bu nədi? Jak, bu nədi?
Pitu (hələ də onu qucağından buraxmayaraq). Sizin oğlunuz
Moris başının dəstəsiylə…
Sara. Moris… Mənim oğlum, mənim… O, sizi də sevəcək,
Jak, sevəcək. Yaxın bir vaxtda…
Pitu (qorxa-qorxa ondan aralanmaq istəyir). Gedək görək,
nə tutublar.
Sara. Nə tutmağa getmişdilər ki?
Pitu. Krevet... Lanqust…
Sara. Lanqust… Boş şeydi… Məni bərk-bərk qucaqlayın,
Jak! (Pauza.) Birinci gecəmizdə mənə dedikləriniz yadınızdamı?
Hə?
Pitu (onun ağuşundan çıxıb kənara atılır). Madam…
Sara (yalvarışla). Jak!
Pitu (pıçıltıyla). Mən Pituyam, madam… Pitu…
Sara (güclə də olsa, heykəl kimi donub-qalmış Pituya baxır.
Pauza.Təəssüf hissiylə). A-a-a! (Ağır-ağır ondan kənarlaşır.)
Pitu (özünə gələrək). Onlar orda bizi gözləyirlər. Sizin
nəvələriniz böyük atəşfəşanlıq təşkil etmək istəyirlər. Gərək evə
qayıdaq… Məncə, qayıtmaq lazımdı.
Sara (pauzadan sonra). Sizi saxlayan yoxdu!
Pitu. Bəs siz? Burda tək qalacaqsız?
Sara. Bəli. Tək. Və mənə belə xoşdu. Özümü ancaq tək olan-
da yaxşı hiss edirəm.
Pauza. Pitu çiyinlərini çəkib qalxır, stolun yanından
keçəndə göy qovluqla çətiri də götürür.
449