Page 453 - 2-ci cild
P. 453
Úîí Ìàððåë
getdi. Getdi… Getdi ki, qayıtsın?.. (Təzədən yeşikdəki kartoçkaları
eşələyir.) Min səkkiz yüz doxsan birinci il… Zati-aliləri kraliça
Viktoriya Sara Bernarı qəbul edib… (Gülümsəyib kartoçkanı
yerinə qoyur.) Əvvəllər o qadın heç vaxt teatr adamlarıyla
görüşməmişdi. Məni qonaq otağının uzaq küncünə aparıb ən
böyük sirrini açdı. Etiraf etdi ki, onda ehtiras hissi baş qaldırıb.
O, poker oynamağı öyrənir!.. İndi o, daha yoxdu, ölüb… Hamı
ölüb… (Təzədən kartotekanı eşələyir. Kartoçkanı tapıb dərhal
da yerinə qaytarır. Uzun pauza.) Min səkkiz yüz doxsan doqquzuncu
il. Cənab Damalanın ölümü… (Gözlərini yumur.) Hə, Jak. Siz
ryu-Antikdə nəmişli otaqda uzanmışdız. Döşəmə başdan-başa
morfi, kokain iynələriylə doluydu… Mənim bir vaxtlar valeh
olduğum bədəniniz büsbütün dəlik-deşik idi… Hamısı da gömgöy,
qan içində… Sizsə gülürdüz… Mənə belə dediz: “Gərək olmuşların
düz gözünün içinə baxasan. Qorxusuz-hürküsüz…” Cənab
Damalanın ölümü.
Pitu evdən çıxır. O, şalvarda və gecə xalatındadı.
Əlində lampa var.
Mən o qadının aqibətindən təsadüfən… səhər yeməyi zamanı
xəbər tutdum. İçimdə nəsə bir yüngüllük hiss etdim… amma
cəmi bir anlıq. Bir anlıq. Sonuncu şam da söndü. Mənsə hələ də
hər şeyi xatırlayıram. Xatırlayıram, sanki Jak yanımdadı… (Başını
stolun üstünə qoyub ağlayır).
Pitu (xalatını düzəldib yeyin addımlarla ona yaxınlaşır. Bir
müddət onun arxasında dayanıb durur. Sara onu görmür, ağlaya-
ağlaya qalıb. Pitu ağzına qələm qoyub Jarreti oynayır). Ey,
başıboş madyan, eşidirsiz məni, artıq səhər saat beşdi, əmr
edirəm, öz tövlənizə gedəsiz! Cəhənnəm olun, yatın!
Sara (çaşqınlıqla). Sizə nə olub, Pitu?
Pitu (astadan). Oyuna davam edirəm! (Ucadan.) Başa
düşürəm, miss, siz, sözsüz ki, ən cazibədar, ən gözəl məxluqusuz
bizim bu tram-tara-tam dünyanın! Bu tüklü, əyriayaq, yunan
profilli bir məxluqun sizinlə yanaşı durması…
453