Page 441 - 2-ci cild
P. 441
Úîí Ìàððåë
Sara (israrla davam edir). Hindular…
Pitu. Sürgün! (Əlini yelləyib yazmağa hazırlaşır.)
Sara (davam edərək). Amerika qatarı. Şütüyür. Pəncərənin o
üzündə ulduzlar… Mənim truppam yatıb. Hətta bacım Janna da
yatıb – bir şüşə cinlə qucaq-qucağa… O, şüşəni gəlincik kimi
bağrına basıb… Mənim inzibatçım həmin o dəhşət püskürən
mister Jarret göy kimi guruldayan səsiylə mənə dedi ki, hamı
dincəlməlidi! Kupeyə keçib uzandım. Nəsə yuxuya gedə bilmirəm.
Sonra təzədən pəncərəyə baxıram. Kənd evlərindən işıq gəlir.
Sara Bernarın truppasını aparan xüsusi qatara baxmaq üçün
balaca atların belində olan balaca kişilər ayaq saxlayırlar! (İngilis
aksentiylə.) O, Sara Bernar, o, Sara Bernar! Dünyanın ən qoca
qadını Amerikaya gəlib, hətta Billi Kiddən də çox qazandı!”
Amerika! (Astadan gülür.) Prezident Vilson, prezident Teodor
Ruzvelt! Mak Kinli! Onu heç nə olmamış kimi güllələdilər…
Onun necə də məsum çöhrəsi var idi. (Pauza.) Mən Edissonla
görüşdüm. Biz onunla xeyli səfərlərə çıxdıq… Şekspir və
elektrikləşmə haqqında müzakirələr apardıq… hamısı olub…
hamısı olub… (Pauza.) Bəs “Kameliyalı xanım”… Marqarita
Qotye… İlahi, onlar bu qadının necə öldüyünə tamaşa etməkdən
ötrü sinov gedirlər… Və hər axşam. Onlar onu dəfələrlə geri
qaytarırdılar. Əl çalıb qışqırırdılar: “Kmil! Kmil!”
Pitu (etinasızlıqla). Amerikalılar…
Sara. Mister Jarret deyirdi ki, bəs bu, mənim şah rolumdu.
Zərif, zavallı Marqarita artıq gözəl dünyadan köç eləyən zaman
ətrafda həmişə şahidlər dəstəsi olurdu. (Sara güldandan balaca
bir çiçək alıb saçına taxır.)
Həzin musiqi səsi gəlir. Sara qəflətən kresloya yayxanıb
susur. Pitu yaxın gəlib qorxa-qorxa ona toxunur.
Arman, nə yaxşı ki, siz burdasız. Siz məni anlamalısız. Siz məni
başa düşməlisiz. Ölmək heç də çətin bir şey deyil…
441