Page 429 - 2-ci cild
P. 429
Úîí Ìàððåë

O danışarkən Sara əliylə sinəsindən tutur, gözləri yumulur.
Onun halı pisləşib.

Sara. Dayanın!
Pitu (bu anlarda kim olduğunu heç cür anlaya bilmir. O,
çaşqınlıq içindədi.) Mənim qızım… Madam…
Sara. Yelpiyi yerinə qoyun. – Yazın.
Pitu (əmrə müntəzir halda). Mən hazır.
Sara (tez-tələsik). “Hər şey fırlanır, hər şey fırlanır, hər şey
fırlanır… Sağa-sola, sağa-sola… Mən heç nə görə bilmirəm…”
Bacım Janna mənə belə deyirdi. Amma mən bilirdim ki, o, sər-
xoşdu. Səhər açılandan sərxoşdu… Anam deyirdi: “Sən onu yol-
dan çıxardın, onu Nyu-Yorka, kim bilir haralara, o lənətə gəlmiş
qastrollara sən dartıb apardın. Sənin teatrın əsl uçurumdu!” Jann-
anı içməyə mən məcbur eləmirdim, onu uçuruma itələmirdim,
Nyu-Yorka da özümlə aparmaq istəmirdim. Özü tələb eləyirdi.
Üzümə qışqırırdı ki, guya mən ona paxıllıq eləyirəm, ondan
qorxuram! Guya qorxuram ki, birdən o, mənim hardan, kimlərdən
olduğumu amerikalılara deyər… Mən də onu özümlə apardım.
Ona kiçik rollar verdim. Tamaşaçı onu görmədi. Onu yalnız kişi-
lər gördü. O da müqavimət göstərmədi. Bəli, mən ona nifrət edir-
dim! Hələ lap uşaqlıqdan. O, həmişə ailənin əziz-xələfi idi. Onun
üçün qiyamət tətillər təşkil eləyirdilər, sifətinə qaymaq massajı…
Pitu (kömək eləyərək). Hədiyyələr verirdilər…
Sara. Hər şey ona, hər şey ancaq ona… Mənsə konservatoriyada
qala bilmək üçün suda boğulan, saman çöpündən yapışan kimi
hər xırda imkandan yapışırdım… Mənim anamsa… Anam, bir
də onun yeni dostu mənə gülürdü. Əlbəttə, Janna mələkdi.
Həqiqətən də, onun çox gözəl çöhrəsi var. O, anama bənzəyir.
Gözəl burnu, qiyamət saçları, valehedici dodaqları var… Bəs
mənim nəyim var? Yalnız gözlərim. Qalan şeyləri özüm yaratma-
lıydım.
Pitu (məktubdan gözünü çəkmədən). Razı deyiləm.
Sara. Tamaşaçıya gözəllik lazımdı. Gözəllik, azca ağıl və
gözqamaşdıran təbəssüm. Yeri gəlmişkən, ağıl o qədər də vacib
deyil.

429
   424   425   426   427   428   429   430   431   432   433   434