Page 283 - "Zəfər və ilğım"
P. 283
imlә Vladimir Vısotski vә Leonid Filatov kimi sәnәtkar-
lar işlәyirdi. Әminәm ki, bir-biriylә hәm dost, hәm dә rәqib
olan bu böyük aktyorların ruhu Taqanka Teatrının sәhnәsin-
dә hәmişә yanaşı olacaq.

Әlahәzrәt Pәrdәarxası

“Yoldaş, inan!” tamaşası bir neçә dәfә nümayiş etdiril- 283
dikdәn sonra Lübimov Samoylova öz iradını bildirdi:

– Deyәsәn, çar roluna görә Yevtuşenko sәni tәriflәdikdәn
sonra dünya vecinә deyil… “Çarın saray әhli” sәhnәsini ni-
yә uzadırsan?

(Sonuncu mәşqdәn sonra, müzakirәlәr zamanı Yevtuşen-
ko demişdi: “Tamaşa alınıb, ilk dәfәdir ki, çarımız da var”.
I Nikolayın sәhnәdәn sәslәndirilәn çıxışı tarixi sәnәdә әsas-
lanırdı.)

– Nәyi düz elәmirәm?
– Düz elәyirsәn e… Ancaq saray әhlinin qarşısından çox
lәng keçirsәn, qızlara göz-qaş elәyirsәn.
– Çar da belә elәyirmiş axı.
– Ola bilәr. Ancaq o, Rusiya sәhnәsindә oynayırdı, sәnsә
teatr sәhnәsindәsәn. Burda başqa qanunlar işlәyir.
Samoylov onun iradını nәzәrә alsa da, hәrdәn yenә dә
eyni sәhvlәrә yol verirdi. Demәk olar, bütün truppa öz
“monarx”ına heyran idi, onun bir sözünü iki elәyәn olmur-
du.
Lübimov onun iradlarından, mәzәmmәtindәn sonra aktyor-
ların Samoylovla necә mәzәlәndiyini bilsәydi, ürәyi yumşalar,
ona yazığı gәlәrdi.
– Sәnә çoxdan demәk istәyirdim, – Lübimov әlavә etdi, –
“Puqaçov”da sәhnәni oynayıb qurtardıqdan sonra әlindәki
zәnciri bir kәnara at, yoxsa edam kötüyü ilә bağlı mizan-
sәhnә vaxtından әvvәl peyda olur, tamaşaçı çaşır. Başa
düşdün?
   278   279   280   281   282   283   284   285   286   287   288