Page 274 - "Zəfər və ilğım"
P. 274
“Janr axtarışlarında”: V.Vısotski, Q.Yurova, L.Filatov,
S.Vlasova, O.Şkolnikov, V.Zolotuxin, D.Mejeviç, 1978-ci il

bilib; dünyada tәsadüfi heç nә yoxdur. Ehtiras, hәvәs çox
şeyә qadirdir. Sonralar Leonid, Taqanka Teatrının Moskvada
tәşkil etdiyi konsertlәrdә çıxış etmәyә başladı. Öz parodiya-
ları ilә tamaşaçıların ürәyinә yol tapmış Filatov Vladimir
Vısotski ilә eyni sәhnәni bölüşürdü. Onların rәqabәtini
kәnardan izlәmәk çox maraqlı idi. Qeyd edim ki, onların
“tәkbәtәk vuruş”unun mәndә doğurduğu tәәssüratlar Taqanka
Teatrında keçirdiyim gәnclik illәrinin әn ibrәtli vә qiymәtli
274 qazanclarından idi. Әvvәlcә “Hamlet” tamaşası barәdә bir
neçә kәlmә.

Çoxdan mәlumdur ki, tamaşa necә başlayıbsa, o şәkildә
dә davam edәcәk. “Cәnablar, düzgün ton götürün!” – keçmiş
vaxtlarda tez-tez sәslәnәn bu mәslәhәti unutmaq olmaz.
Mәsәlәn, böyük Karuzo “Aida” operasındakı Radamesin
birinci ariyasından oddan qorxan kimi qorxurdu. Tәsәvvür
edin ki, spirtli içkilәrdәn uzaq durmağa çalışan Karuzo әlli
qram viski içmәsә, “Әziz Aida” ariyasını oxumağa çıxmaz-
mış. Böyük tenor yuxarı “si” notunu keçәndәn sonra sәhnә
arxasında hamı rahat nәfәs alır, elә bil tamaşa yenidәn can-
lanırdı.

“Hamlet” tamaşasındakı Martsel, Bernard, Horatsio vә
kabusun iştirak etdiyi sәhnә mәhz bu tip kamertondur. Bu
sәhnәni görmәk lazım idi: Vısotski sәhnә arxasından Fila-
   269   270   271   272   273   274   275   276   277   278   279