Page 270 - "Zəfər və ilğım"
P. 270
tin Qriqoryeviç Titova – gözәl aktyora vә pedaqoqa hörmәt
vә ehtiram hisslәri oldu.

Volodya, Filatovun şeirlәrinә musiqi bәstәlәyir, Leonid
isә şeirlәrdәn savayı, başqa imzalarla pyeslәr dә yazır,
müәllimlәrә tәqdim edirdi. Kaçan, Filatov haqqında zarafatla
deyirdi ki: “Filatov Artur Millerdә ilişib qalan mifik mü-
әllifdir”. Bir dәfә Şukin mәktәbinin pedaqoqlarından hansısa
başa düşdü ki, bu pyeslәrin müәllifi Filatovdur. Hamı bunu
Vaxtanqovsayağı zarafat kimi qәbul elәyib, unutdu. Mәni
bu mәsәlәdә tәәccüblәndirәn, hәtta heyrәtә salan Filatovun
özünә bu dәrәcәdә arxayın olması idi. Unutmaq lazım deyil
ki, cürәt vә özünәinam da Allahın inayәti ola bilәr, onun
başqa adı – istedaddır: “Baxın, mәn dә Miller kimi yaza
bilәrәm”. Biz hәlә Filatovun bu sirli yaradıcılıq mәsәlәsinә
qayıdacağıq: mәnә elә gәlir ki, başqa müәlliflәrin әsәrlәrinin
motivlәri әsasında mәtn yazmaq hәvәsi onda elә-belә
yaranmamışdı. Hәr halda, ikinci kursda oxuyarkәn “Mifik
Miller” artıq әhәmiyyәtli fiqura, bir növ kursun liderinә

270

A.Sternin, V.Smexov, L.Filatov, 1989-cu il
   265   266   267   268   269   270   271   272   273   274   275