Page 48 - "Yeni söz"
P. 48
nc yazarların ədəbiyyat almanaxı

Bu şamdan hər gecə bir şam öldürür

...Bax, bu Yer anamdı, o Göy atamdı,
Bax, məni nə arzu, nə kam öldürür.
Ana vətən mənim ögey anamdı,
Ögey balasını nakam öldürür.

Kim azad olursa, tam azad olmur,
Saray məhkum edib, dam azad olmur.
Azadlıq istəyir, şam azad olmur,
Bu şamdan hər gecə bir şam öldürür...

Min il yaşayardı, Adəm ölməzdi,
Ölmək istəmirdi madam, ölməzdi.
Adam qorxmasaydı, adam ölməzdi,
Adam qorxusundan adam öldürür...

Su səsi

...O adam düşünüb dərk edə bilsə
O səsi, Allahın səsidi, bəlkə...
Bu adam kar olub eşidə bilsə
Bu səsi, Allahın səsidi, bəlkə?!

Çox şükür, nə verib, nədirsə, ona!
Gələnlər üz tutub gedirsə ona...
Dalğalar ibadət edirsə ona,
Qu səsi Allahın səsidi, bəlkə?!

Min ildi oyaqdı, yatmır su səsi,
Səsini səslərə qatmır su səsi...
Bütün səslər batır, batmır su səsi,
Su səsi Allahın səsidi, bəlkə?!...

48
   43   44   45   46   47   48   49   50   51   52   53