Page 44 - "Yeni söz"
P. 44
nc yazarların ədəbiyyat almanaxı

Həyətimdəki boş yelləncək
Mənimlə birgə gözləyir:
Atam – qucağında oğlum – gələcək!

Təklik

Ayaqlarımı dinlədim səhərəcən,
addımlarıma qulaq asdım.
Tarix kitabını eşələdim,
Mən yox idim...

Xəritəyə baxdım,
tapammadım...
Ağacların dalına girdim
budaqların arasında
gizlənib dayandım:
Hardansa uşaq səsi gəldi,
çıx, tapdım...

O an ki hər şey düzələcək
O an ki adamlar güləcək
O an ki uşaqlarımız
Əllərində qırmızı şarlar
Sıraya düzüləcək.

Biz onun adına sərhəd deyirik!
Mənim uşaqlarım sərhəd istəmir.
Mən istəmirəm
Atam da istəmirdi...

Biz qəfəsdə öldük.

44
   39   40   41   42   43   44   45   46   47   48   49