Page 45 - "Yeni söz"
P. 45
yaşadığımız bu dar küçədə Alik Əlioğlu. Şeirlər
Yekə papaqlı qoca bir adam
Ac qalmış quşlara yemək səpəcək
Yolu keçmək istəyən cavan bir adam
Qəfil əyilib dilənçi uşağın başından öpəcək.

Biz onun adına sevgi deyirik.

Mənim uşaqlarım sevgi istəyir
Mən istəyirəm
Atam da istəyirdi.

Biz sevgisiz ölürük...

Mən bütünlüklə
Atılmış körpələrəm,
Afrikada ac qalan uşaqlaram,
Nadan övlad böyütmüş
Kədərli qocalaram,
Peşman olmuş fahişələrəm.

Elə istəyirəm yekə bir adam
Lap yekə, ev boyda nəhəng bir adam
Bizim hamımızı bağrına bassın

Desin ki, ağlamayın,
Gəldim, Allaham!

45
   40   41   42   43   44   45   46   47   48   49   50