Page 35 - "Yeni söz"
P. 35
mid Herisçi ilə yolüstü söhbət Aqşin Yenisey. Şeirlər

Günəşin əriyib yerə töküldüyü bu şəhərin göylərindən
Hər gün ümid durnaları çığıra-çığıra uzaqlaşır
Bu qala divarların önündə
Hər şey, hamı yalqızlaşır
Sərin meh də sazaqlaşır!
Başını kəsirlər Sisianovun
Sanki ilk dəfə görüşür Allahla.
…gec-tez dərdə çevrilir sevgi.
Qadın ilk növbədə sevgini sənədləşdirir
Allahı kağıza köçürür peyğəmbər
əlinin qanını kağıza silir tarix,
və gələcək nəsillərə uzadır.
Gələcək nəsillər… yazıqlar… gələcəklər
Bütün köhnə əzabları yenidən çəkəcəklər.
Yaxşı insanla hər gecə
Mütləq kimsə vidalaşır, kimsə ondan uzaqlaşır.
Bu qala divarlarının dibində vətəndən didərgin düşməyə hazırlaşan
İki şair qucaqlaşır.
Bu vaxt meh də sazaqlaşır.
Bu vaxt Allah yoxa çıxır
bu vaxt insan yazıqlaşır.
Bu vaxt göz yaşları daha da duru,
Siqaretin tüstüsü daha da acı olur.
Tale üz çeviribsə
Qızılgül kolu da adama dar ağacı olur.
Günəşin əriyib yerə töküldüyü bu şəhərdən
Çıx get, şair!
Başın burdakı bədənlərə ağırlıq edir.

35
   30   31   32   33   34   35   36   37   38   39   40