Page 33 - "Yeni söz"
P. 33
tmağın resepti Aqşin Evrən. Şeirlər

Hərdən onun toxunduğu yerlər qopar bədənindən,
hissə-hissə yoxa çıxarsan hərdən.
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan…
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı,
Görərsən saçların onun çiyni üçün darıxır.

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım…
Bunu da öyrənmişdin uşaqlıq paltarından.
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından.

Hərdən ovulub gedərsən…
Burnunun ucu göynəyər tanış qoxudan ötrü.
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin.

Hərdən boynunu üşüdər onun aldığı şərf də,
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca,
cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz…
Bir görüş yeri boyda boşluq qalar içində.
Hərdən büdrəyərsən… yıxılarsan
xatirələrin yanından keçəndə…

33
   28   29   30   31   32   33   34   35   36   37   38