Page 31 - "Yeni söz"
P. 31
ünü məktuba atar beləcə, Aqşin Evrən. Şeirlər
Onun hədiyyəsi – gümüş boyunbağı
Səni darıxmaqdan asar beləcə...

İçinə daş alıb susar sol yanın,
baxıb əllərinə donub-qalarsan:
“İlahi, bəs onun əlləri hanı?”

Baxarsan rəsminə: “Əcəb yaşlanıb,
Özünə baxmır heç, kökəlib bir az,
Deyəsən, xəstədir lənətəgəlmiş
İnşallah, bu ilə salamat çıxmaz”.

Sonra eşidərsən qohum-tanışdan:
Deyərlər “keçmişin” yaman xəstədi.
Sən də deyinərsən dodaq altında
“Məni başa düşdük, it zülmü verdin
Ay Allah, bəs ondan sən nə istədin?!”
Ovcunda qırışar xatirələrin
İndi dözə bilsən, döz əllərinə...

Təsəlli verərsən öz əllərinə:
“Əşşi xatirədir dəə, keçib gedəcək...”
Sıxıb dişlərini qımıldanarsan:
“İlahi, bu ağrı köçüb gedəcək?!”

Oğluna bir şeir oxutdurarsan,
qızına dərslərdə kömək edərsən,
deyərsən ki, “qızım, bu riyaziyyat ki var
bəzən bir nömrədən ibarət olur,
bəzən “O” sandığın əziz bir adam
vaxt keçir, kiçilir, sıfıra dönür”.

Sonra otağında var-gəl edərsən,
beləcə, yadından çıxar əllərin

31
   26   27   28   29   30   31   32   33   34   35   36