Page 32 - "Yeni söz"
P. 32
nc yazarların ədəbiyyat almanaxı

Durub telefona axar əllərin,
Götürüb nömrəsin yığarsan birdən
Xəttin o başından bir qadın deyər:
“İndi bu bədbəxtin xoşbəxt həyatı
Əhatə dairəsi xaricindədir”.

Durub danlayarsan fikirləşməyi:
“Dünyada bu qədər dünya var ikən
Niyə gəlib girir mənim ağlıma?
Allah, bütün ağrıları mənə ver təki
Ona ağrımağa ağrı saxlama”.

“O”nsuz bu süfrə də kəmşirin çaydı,
duzsuz yeməkdi.
Bu tabut stol da mızıldanır ki,
Ayrılıq ölüm yox, ölə bilməməkdi.

Eh, bir də küçədə rastlaşmaq var ha:
ürəyin başını çırpar sinənə,
O, göz qapağını tez-tez qırpdıqca
sanarsan içini sıxır məngənə

Sınarsan... içini sıxar məngənə...
“Ağlamaq da olmur...
Bəlkə də, sonuncu göz yaşlarımı
Sonuncu görüşdə dənizə atdım.
Ehh, gör e, ömrümü qara etməkçün
Mən bu vicdansızın, qədirbilməzin
Yolunda saç ağartdım”.

Ötürüb ömrünü çıxıb gedərsən,
Götürüb ömrünü çıxıb gedərsən...
Son məktubu yazıb itərsən belə:
“Səni görmək üçün oğluma baxıram...
Əlvida... Darıxıram”

32
   27   28   29   30   31   32   33   34   35   36   37