Page 177 - "Yeni söz"
P. 177
n Könül Arif. Şeirlər
Masterin barmaqlarından öpürəm!
Ay yuvarlanır xəstəxana damının arxasına...
Qan-qırmızı! Asta-astaaa...

Mən
Masterin barmaqlarından öpürəm!
Öldü qadın doğuş üstə! Qucaq üçün ağlayır körpə...

Çarpazlanır boş qollarım sinəmdə...

Mən
Masterin barmaqlarından öpürəm!
Sümüyünəcən qaşıyır alnını bir bəndə
silərək alın yazısını qan içində...

Mən
Masterin barmaqlarından öpürəm!
Küləklər söndürür qaladığım ocağı hər dəfə.
Süpürüb ocaqdan külü səssizcə –

Mən
Masterin barmaqlarından öpürəm!
hər yaraya min damla!
Mən dönə-dönə susdum ki, eşidəsən...

Qışqırdım içimə
dörd kərə!

Qopdu...
Qopdu səhrada
uddan sonuncu sim də qopdu!

177
   172   173   174   175   176   177   178   179   180   181   182