Page 175 - "Yeni söz"
P. 175
onluqlar arasında Könül Arif. Şeirlər

F.Q.Lorkaya

İndi hardasa bir qadın açdığı pəncərədən
xırıltılı səsi ilə
evə yığır oğlunun ayaqlarını
uşaqların top oynadığı
toz-torpaqlı küçədən.

Biri baxışlarıyla öpür sildiyi pəncərə şüşəsində
döşəmənin üstə uzanıb uzun sarı saçlarını
günəş kimi səpələyən
balaca qızının əksindən.

Qadın ömrünün
ər dodaqlarından yorulub uzaqlaşan,
oğul alnını öpən,
qız saçlarını hörən yaşlarındayam…

Mənimsə əllərim
hələ də Uzaq Qərb limonluğunda
Sizin gur saçlarınızda dolaşıb-qalıb,
yoldaş Lorka.

Buraxın, evə qayıdım... Ömrümdə şər qarışır...
Baxın,
hətta qarğalar da uçuşur ağaclara bu saatlarda –
ac-yalavac körpə dolu,
dimdikləri ilə qurduğu yuvalarına.

Günəş batar-batmaz yollayacaq məni uzaqlara.
Bütün yarımçıq şeirlərinizi qulaqlarıma pıçıldayın,

175
   170   171   172   173   174   175   176   177   178   179   180