Page 174 - "Yeni söz"
P. 174
nc yazarların ədəbiyyat almanaxı

Səni sayıqlamaq kimi,
sənə qaçmaq da var qırx dərəcə qızdırmada;
alnımı pəncərəyə yapışdırıb
qaranlıq tunelə baxıram indi metro qatarında.
Uşaq gözlərimlə gözləyirəm
bu dəqiqələrdə qatarın meşəyə çıxmasını.
Meşədən mənə əl yelləyən
gülərüz “Olimpiya Ayısı” hələ də ordadırmı?!

Qırmızı evlərin damında buludtək qar topaları,
ağaclarındakı dələlər...
Meşələrində qaçışan məsud çöl dovşanları...
Qovaqlardan,
küknarlardan
sırğa kimi sallanan sırsıraların da yadımdadı...

Bunları Qafqazda unutmaq çətindir, Moskva!

Sevgili ana...
Burda mən qırx dərəcə qızdırma içində
dəmir çarpayıya düşdüyüm kimi,
orda ağaclarından yerə – qarın içinə
şaxta vurmuş sərçələr düşüb itirmi?

İndi heysiz əlim bu yüngül adyalı üstümdən
bir ağır dünya kimi qaldırıb sağ tərəfə atır,
ayaqlarım sənin soyuq,
ağappaq qar örtüklü küçələrinə doğru addımlayır...

174
   169   170   171   172   173   174   175   176   177   178   179