Page 173 - "Yeni söz"
P. 173
mir çarpayıda qızdırma Könül Arif. Şeirlər

Sevgili Moskva
və ordakı uşaqlığım – qırmızı çantalı qızcığaz,

qızdırmanın içində
otuz yaşıma kürəyi üstə uzanmışam çarpayıda,
gözlərimi yumub addımlayıram
üzü “Voykovskaya” metrosuna...

Tavandan özünü asan lampanın işığı
arsızca gözlərimə dolur,
canlandırdığım küçəni
sakinləri qarışıq narıncı untək qovurur.

Sonra
var gücü ilə üfürür qovurduğu un yığınını
göz qapaqlarıma.
Hər tərəf sapsarı şüa...
O əzəmətli küçə bir andaca yanıb-sovrulur.

22:16. Otuz doqquz dərəcə qızdırma...
18:30-dan bəri bu dar otağa gur işıq saçan
kiçik elektrik lampasıyla
çarpışmaqdayam.

00:23. Sevgili Moskva... Sənə qaçmaqda
ayaqlarım kimi gözlərim də acizdir indi –
qızdırma güllə yarası kimi
yıxıb məni bu dəmir çarpayıya.
Üstəlik
tavandan axan 100 voltluq elektrik lampa...

173
   168   169   170   171   172   173   174   175   176   177   178