Page 323 - "Hər suala bir cavab" (I cild)
P. 323
? 323

İlbizin çanağı necә yaranıb?

S iz, yәqin, fikir vermisiniz ki, ilbiz Hәm çanaqlı, hәm çanaqsız ilbizlәr
öz çanağından necә boylanır vә yeriyәrkәn arxasında nәm, parlaq iz
bu zaman öz buynuzlarını müxtә- buraxırlar. Bu maye onlara imkan verir ki,
lif sәmtlәrә çevirәrәk necә oynadır. Heç daim nәm qalsınlar. İlbizi nәmlәşdirәn
onlardan birini yemәk könlünüzdәn keçib? selik, qışda quruyaraq çanağın ağzını örtür.
Yox? Bәzi ölkәlәrdә, mәsәlәn, Fransada İlbizlәr qış yuxusuna gedәndә yerdәki
isә ilbiz әn lәziz tәamlardan sayılır! çalalardan, çatlardan istifadә edirlәr.
İlbizlәr molyusklar ailәsinә aiddirlәr.
Bu canlıların onurğası olmur. Onların
bәzilәri bağlarda, digәrlәri su hövzәlәrindә,
başqaları isә, hә a okeanlarda yaşayır.
Lakin ilbizlәrin iki başlıca növü var –
çanağı olanlar vә yalnız nazik mantiya
qatı ilә örtülәnlәr. İkinci dәstәnin nümayәn-
dәlәrini, adәtәn molyusk adlandırırlar.
Quruda yaşayan ilbizlәrin üçsantimetrlik
çanaqları olur. Molyuskların ölçüsü isә 7
santimetrә çatır.
Bütün ilbizlәrin bәdәninin aşağı
hissәsindә yerlәşәn bir dәnә iri ayağı var.
Bu mәxluqların bir, ya iki bığcığı, yaxud
buynuzu da olur. İki gözlәri var ki, hәmin
bığcıqların ucunda da yerlәşә bilәr, dibindә
dә, ağzının yanlarında da. Bu bığcıqların
ucu çox vaxt genişlәnir vә içindә xırda
dişciklәr olur. Heyvan bu dişciklәr
vasitәsiylә bitkilәrin hissәciklәrini qaşıyıb
götürә bilir.
Bәzi ilbizlәr heyvan mәnşәli qida qәbul
edirlәr. Mәsәlәn, sarı çanağı olan, istirdiyyә
burğusu adlanan növdәn olan ilbizlәr
istirdiyyәlәrin çanağını deşib onun әti ilә
qidalanır.
İlbizlәr bir ağ ciyәr, yaxud qәlsәmәlәr
vasitәsilә nәfәs alırlar. Gözәl formalı çanağı
olan ilbizlәr özlәrinin mantiyası, örtüyüylә
seçilirlәr. Onların çanağı spiralşәkilli olur
vә heyvan böyüdükcә, onda yeni-yeni bu-
rumlar әmәlә gәlir.
İlbizlәrin çoxu yumurta qoyur, lakin
bәzi növlәr dünyaya diri bala gәtirirlәr.
   318   319   320   321   322   323   324   325   326   327   328