Page 170 - Peşəkar aktyorluq dərsləri
P. 170
Mixail Çexov
ON İKİNCİ DӘRS
Gәlәcәyin teatrı
(15 dekabr 1945-ci il)
Ötәn әsrin sonlarından başlayaraq elm vә incәsәnәt
daha çox materialist xarakter alıb. XV әsrin әvvәllәrindә
dә materializm geniş inkişaf etmәyә başlamışdı, amma
ötәn әsrin sonları bu baxımdan xüsusilә fәrqlәnir. Mate-
rializm bizdәn dә yan ötmәyib. Mәn teatrın materializm
baxımından dәyәrlәndirilmәsini nәzәrdә tuturam.
İncәsәnәt alәmindә vә xüsusәn dә teatrda baş verәnlәr
hәyәcan doğurur: teatrla bağlı romantik, poetik nә varsa,
hamısını itirmişik, indi teatr sırf biznesi xatırladır. Sәhnә
fәaliyyәtimizdәn razı qalsaq da, bәdәnimizi vә sәsimizi
tamaşaçıya yalnız fiziki varlıq kimi çatdırırıq. Teatr biz
aktyorlar üçün başdan-başa materialist xarakter alıb.
Özümüzә, bәdәn vә sәsimizә münasibәtimiz, tamaşaya
yanaşmaq tәrzimiz dәyişib, әsәblәrimiz gәrilib, teatr dә-
yәrlәrini unutmuşuq.
İndi teatr heç bir problemi hәll etmir. Teatr etik, dini,
ümumbәşәri problemlәri, aktyorun hiss vә duyğularını
qәbul etmir. Sәnәtin gәlәcәyi bizi әsla maraqlandırmır.
Bütün diqqәti günün hadisәlәri üzәrindә cәmlәşdirmişik.
170 Necә deyәrlәr, burnumuzun ucundan uzağı görmürük,
bәlkә dә, görmәk istәmirik.
Gәlәcәyin teatrı
Gәlәcәyin teatrı dar çәrçivәdә vә etinasızlıq prinsipi
üzәrindә yarana bilmәz. Bu yol teatrı yalnız mәhvә aparır.