Page 97 - "Bildirçin və payız"
P. 97
Áèëäèð÷èí âÿ ïàéûç

Üz-gözü turşudan İsa sual dolu nәzәrlәrlә
әmioğlusuna baxdı. Hәsәnsә danışmağında idi:

– Kino şirkәtidir. Mәn direktor müavini tәyin
olunmuşam. Amma maliyyә mәsәlәlәrini idarә etmәk
üçün işbacaran birisinә ehtiyacımız var.

Bayaqdan bәri dinib-danışmayan anası qaynı
oğlunun tәklifini sevincәk qarşıladı:

– Allah kömәyin olsun, ay Hәsәn!
“Mәsәlә aydındır, – İsa öz-özünә vәziyyәti götür-
qoy edirdi. – Tabeliyindә işlәyirәm. Bunun da davamı
olaraq, bacısı ilә evlәnirәm. Yәni ki, boğazına çatı sal,
gәz dә”.
– Hәr şeydәn әvvәl yeni vәzifәyә keçdiyinә görә
sәni tәbrik elәyirәm. Qaldı ki tәklifinә, mәni başa
düşdüyünә vә kömәk elәmәk istәdiyinә görә çox sağ
ol, – lap tost deyirmiş kimi danışdı. Sonra tәәssüf
andıran sәslә dedi: – Amma üzrlü hesab elә, mәnlik
deyil...
Hәyat eşqi ilә alışıb-yanan Hәsәnin sifәtindә
mәyusluq peyda oldu.
– Deyәsәn, sәnin işlәmәk fikrin yoxdur.
– Minnәtdaram, Hәsәn! Üzrxahlığımı da qәbul elә!
Əmisi oğlu ilә anası bir-birinә baxıb, çaşqın halda
dayanmışdı.
– Yaxşı vәzifәdir axı! Niyә razı deyilsәn ki?
– Mәn dә bilirәm yaxşı vәzifәdir. Əgәr onu sәn
mәnim üçün seçibsәnsә, pis olma ehtimalı yoxdur.
Sadәcә mәn bir müddәt istirahәt etmәk, bütün
işlәrdәn uzaqlaşmaq niyyәtindәyәm.
Hәsәn bir qәdәr ara verdikdәn sonra davam etdi:

97
   92   93   94   95   96   97   98   99   100   101   102