Page 93 - "Bildirçin və payız"
P. 93
Áèëäèð÷èí âÿ ïàéûç

idi vә baş verәn bütün fәlakәtlәrin, xalqa üz verәn
bәdbәxtliklәrin kökündә mәhz onun lәğvini görürdü.

– Hәr şey bir göz qırpımında baş verdi. Dostları-
mızın başına gәlәnlәr, qәflәtәn çaxan ildırımı
xatırladır, – ilk baxışda bir qәdәr barışdırıcı mövqedәn
çıxış edәn Şükrü paşa dedi. – Yәqin, indi növbә biz-
imdir, – sәsinә azacıq hәyәcan әlavә etdi.

Yavaş-yavaş çayını içә-içә İsa iştahla yemәyә
girişәn hәmkarlarını göz altından süzdü. Əbdül-Hәlim
Şükri birdәn ona sarı әyilib astadan dedi:

– Əziz dost, deyәsәn, sәnin növbәn çoxdan çatıb,
ha?!

İçinә qәzәb doldu. “Mәgәr mәn onlardan biri
deyilәm? Mәgәr biz vaxtilә eyni amal uğrunda
çalışmamışıq? Başıma gәlәnlәr azmış kimi, hәlә
yenilәrini dә arzulayır, bәd dua elәyirlәr. Bu insanlar
niyә belә ikiüzlü olurlar?” – deyә öz-özünә düşündü.

Çox keçmәdi ki, İsa klubu tәrk etdi. Yolboyu
beynini didib-dağıdan ağır fikirlәr ona rahatlıq ver-
mirdi. Arabir qulağına Sәlvanın şirin, mәlahәtli, adamı
başdan çıxaran sәsi gәlirdi. Hәrdәn isә, nişanlısı
dәstәyi kәnara atdıqdan sonra gәlәn qudoklar bir
neştәr olub beynini dәlirdi... Soyuq olmasına baxma-
yaraq, hikkәsindәn yanaqları pörtüb qıpqırmızı
qızarmışdı. Sәlvanı, hәqiqәtәn dә, sevdiyinә bir an belә
şübhә etmәmişdi. Heç vaxt da fikirlәşmәmişdi ki,
Sәlva onun sevgisinә layiqdir, ya yox. Söz yox,
başlanğıcda onları bir-birinә sevgi yox, maraqlar
bağlayırdı. Birinin cәmiyyәtdәki mövqeyi, digәrinin
var-dövlәti tәrәflәr arasında vәhdәt yaradırdı. Lakin

93
   88   89   90   91   92   93   94   95   96   97   98