Page 91 - "Bildirçin və payız"
P. 91
Áèëäèð÷èí âÿ ïàéûç

İsa bu söhbәtlәrdәn artıq yorulmuşdu. Keçmişi
ötәri dә olsa yadına salmaq üçün gözlәrini yumdu.
Ürәyi saat kimi aramla vururdu. Qulağına hәr zaman
adәt etdiyi sәs-küy gәldi, beynindә qırıq-qırıq sәhnәlәr
canlandı: Polislәrin göydә yellәnәn dәyәnәklәri...
Hәyatları tәhlükә ilә üz-üzә qalsa da, insanlardakı ruh
yüksәkliyi... Xoşbәxt gәlәcәyә inam... Sonra müvәqqәti
qәlәbәdәn doğan sevinc vә şirnikәrәk hәyat
nemәtlәrinin tәsiri ilә yolunu azma... Olan-qalan
gücün tükәnmәsi... Xәstә insanın sürünmәsindәn betәr
olan әtalәt... Bunun ardınca, sanki it-pişiyin belә
qabaqcadan xәbәr vermәk istәmәdiyi, yer titrәmәsinә
bәnzәr gözlәnilmәz bir fәlakәt... Sonra da adi hisslәrin
kasadlığından әziyyәt çәkәn ürәkdәn tәsәlli gözlәmә...
Vә qırıq-qırıq qudoklar.

– Əvvәl biz inqilabın öndәrlәrindәn sayılırdıq, – bu
dәfә Samir sükutu pozdu. – İndi onun tör-töküntüsü
hesab olunuruq.

– Mәnә elә gәlir, әn yaxşısı, tәzәdәn inqilaba
başlamaqdır, – İbrahim onun dediklәri ilә razılaşmadı.

Əziz-xәlәfi ölübmüş kimi, Samirin sifәti hüznlü
ifadә aldı.

– Belә çıxır ki, alnımıza iki dәfә ölmәk yazılıb.
– Elәdir, – İsa onun dediklәrinә dәstәk verdi.
Söhbәt yenә yarımçıq qaldı. Yaxınlıqda ayaqqabı
tәmizlәyәn, qoltuğundakı qutusunu tıqqıldada-
tıqqıldada irәlilәyirdi. O, gedәr-getmәz Samir
şaqqanaq çәkib güldü. Oturanlar tәәccüblә ona
baxdılar. Ardınca İsa tәzә söhbәtә başlamaq istәdi:
– Yadıma gәlir, bir dәfә az qala hәrbi mәktәbә
girәcәkdim.

91
   86   87   88   89   90   91   92   93   94   95   96