Page 95 - "Bildirçin və payız"
P. 95
Áèëäèð÷èí âÿ ïàéûç

bahasına başa gәldi. Qonaq otağına keçdilәr. İsa әvvәl-
әvvәl bir az sıxıldı, qәbahәt bir iş görmüş balaca
uşaqtәk qaçıb gizlәnmәk, heç kimin gözünә görünmәk
istәmәdi. Lakin iradәsini toplayıb özünü әlә aldı,
simasında saxta tәbәssüm yaradıb hәlә zarafatyana
bir-iki söz dә işlәtdi.

Hәsәn yaxşı görünürdü. Üzü gülür, gözlәrindәn
sevinc yağırdı. Özünә әmin görkәmi vardı. O, daha
mövcud rejimi topa-tüfәngә tutan vә bürokratik
qayda-qanunları kәskin tәnqid edәn, lakin nәyisә
dәyişmәk iqtidarında olmayan deyingәn adam tәsiri
bağışlamırdı.

İçindәn gәlәn hiss İsanın anasına, qaynı oğlunun
heç dә nәzakәt xәtrinә onlara baş çәkmәdiyini deyirdi;
әlindәki tәsbehi bir kәnara qoyub, danışılanları aydın
eşitmәk üçün yaxın әylәşdi.

Hәsәn çayından bir-iki qurtum alıb söhbәtә
başlamaq qәrarına gәldi.

– İşlәrin necәdir?
İsa isә öz növbәsindә gülmәklә kifayәtlәndi. Lakin
әmioğlusunun yaxasını tez buraxmaq niyyәtindә ol-
mayan Hәsәn, sualını tәkrarladı.
– Mәgәr görmürsәn?! – İsa cavab vermәyә mәcbur
oldu. – Əsl bәy hәyatı yaşayıram. Qayğısız-filansız.
– İşlә mәşğul olmaq lazımdır, – Hәsәn ciddi-ciddi
dedi.
Oğlunun iş mәsәlәsinә görә çox narahat olan anaya
elә bil qol-qanad verdilәr, sevincәk başını tәrpәtdi.
Anasının әmioğlusunun söhbәtinә müsbәt reaksiya
vermәsi İsanı lap özündәn çıxardı. Hәsәnin gәlişinin

95
   90   91   92   93   94   95   96   97   98   99   100