Page 87 - "Bildirçin və payız"
P. 87
Áèëäèð÷èí âÿ ïàéûç

rәcәyinә bel bağlamaq düzgün olmazdı. Bununla belә,
ertәsi gün axşam Sәlvaya zәng edib onu telefona
çağırdı.

– Sәlva... – yalvarırcasına dedi. – Biz mütlәq
görüşmәliyik.

Cavabında yalnız qırıq-qırıq sәslәr eşitdi. Xә in o
biri başında dәstәyi yerә qoymuşdular. Ona elә gәldi
ki, sifәtinә yağlı bir şillә ilişdirmişdilәr...

10
– Nә? Hәlli olmayan mәsәlәlәr? Elә şey yoxdur, –
İbrahim Xeyrat qışqırdı.
Onlar hәr zaman oturduqları kafeyә yığışmışdılar.
Arıq, bәstәboy İbrahim ayaqları yerә tam çatsın deyә,
hәmişә stulun kәnarında otururdu. Hәyatda әn çox
gülüş obyektinә çevrilmәkdәn qorxduğu üçün daim
geniş alnını qırışdırıb qaşlarını çatır, bununla da
sifәtinә ciddi görkәm vermәyә çalışırdı. Kafe iclas
zalını xatırladırdı. İclasa gәlәnlәrin – müştәrilәrin
hamısı paltolarını çıxarıb yanaşı qoyulmuş stulların
üstünә düzmüşdülәr.
İsa öz-özünә düşündü ki, dostu problemlәr vә
onların hәlli yolları barәdә çox sakit danışır. Belә dә
ki, düz elәyir. Niyә dә danışmasın?! İnqilabın, daha
doğrusu, çevrilişin ona ziyanı-filan dәymәyib. O, öz
sahәsindә müvәffәqiyyәt qazanmış birisidir. Vәkil ol-
maqla yanaşı, tez-tez qәzetlәrdә mәqalәlәri dә çıxırdı.
Elәcә dә o biri dostu Abbas. Baxmayaraq ki, camaatı
әn çox soyub-talayanlardan biri idi, әvvәlki
vәzifәsindә qalmaqda davam edirdi. İstәnilәn halda,

87
   82   83   84   85   86   87   88   89   90   91   92