Page 83 - "Bildirçin və payız"
P. 83
Áèëäèð÷èí âÿ ïàéûç
– Mәnә inanırsan? – bu axşam ilk dәfә olaraq
sәsindә sevinc duyulurdu.
– Əlbә ә, әzizim! Əminәm ki, istәdiyin hәr şeyi
әldә elәyәcәksәn.
İsa onu bayaqkı kimi bağrına basmaq istәdi, lakin
hәmin an qapı arxasından ayaq sәslәri eşitdi. Gәlәn Əli
bәy idi.
9
Qapı aralandı. Otağa daxil olan ev sahibi kürәkәni
ilә salamlaşıb hal-әhval tutdu. Üçlükdә bir neçә dәqiqә
nәdәnsә danışdılar. Sonra qayınatası onu söhbәt
elәmәk üçün iş otağına dәvәt etdi. Otaq sakit vә
yarıqaranlıq idi. Ev küçә lampalarının işıqlandırdığı
yoldan xeyli aralı olduğundan otağa, ancaq açıq
pәncәrәdәn ayın zәif işığı düşürdü. Əli bәy stolüstü
lampanı yandırdıqda İsa diqqәtlә onun gözlәrinә
baxdı. Qayınatası çox qәmgin görünürdü, qaş-
qabağını tökdü. “Görәn, bu, mәnimlә bağlıdır, yoxsa
son hadisәlәrin tәsirindәndir?” – deyә İsa bir anlıq
fikrә getdi. Tәsadüfәn gözü divardakı şәklә sataşdı.
Əvvәllәr orda kralın portreti olsa da, indi hәmin
yerdәn Əli bәy öz şәklini asdırmışdı.
– İşlәr necәdir? – qayınatası soruşdu.
– Hәr şeyi tәzәdәn başlayacağam, – İsa әvvәl bir
qәdәr etinasızlıqla cavab verdi. Sonra isә son iki gün
әrzindә olub-keçәnlәri vә beynindә saf-çürük etdiyi
bәzi gәlәcәk fikirlәri ona gözәl sözlәrlә nәql elәmәyә
başladı. Danışdığı müddәtdә Əli bәy bir dәfә dә olsun,
onun sözünü kәsmәdi.
83