Page 85 - "Bildirçin və payız"
P. 85
Áèëäèð÷èí âÿ ïàéûç

İsa hiss elәdi ki, düyün açılmaq üzrәdir vә söhbәt
sona doğru yaxınlaşır. Ona görә dә riskә gedәrәk dedi:

– Gözlәdiyim cavabı verdi. Dar gündә dә, xoş
gündә dә yanımda olacağını dedi.

Bir müddәt otağa ölü sükut çökdü, yalnız Əli bәyin
barmaqlarının yazı stolunun üzәrindәki tıqqıltısı
eşidilirdi. Nәhayәt, o danışmağa başladı.

– Sәmimi söhbәt elәmәk istәyirәm. Bu dәqiqә toy-
dan danışmaq yersiz olar.

– Razıyam. Anlayıram sizi. İndi toy elәyәsi halda
deyilәm, – İsa başını yellәdi, sanki bununla
qayınatasından gizlәtdiyi mәqamlar olduğunu etiraf
elәyirdi. Sonra onun ağzını yoxlamaq üçün sözgәlişi
dedi: – Neylәmәk olar?! Siyasi oyunların qurbanına
çevrildim. – Əli bәy bir söz belә demәdәn qalın
qaşlarını qaldırdı. – Qurban olmaq alnıma yazılıb da...

– Amma deyәsәn, bu dәfә siyasәt yeganә sәbәb
olmayıb, hә? – Əli bәy әsәbilәşib onun sözünü
yarımçıq qoydu.

Bir anda onların baxışları toqquşdu. Hirsindәn
boğulan İsa titrәk sәslә soruşdu:

– Bәlkә, dediklәrinizә bir az aydınlıq gәtirәsiniz?!
– Eh-h, İsa... İsa! Sәn özün gözәl bilirsәn, mәn nәyi
nәzәrdә tuturam, – Əli bәy qәzәblә, eyni zamanda,
tәәssüf hissiylә dedi.
– Bәlkә bәy mәnim tәmizliyimә şübhә ilә yanaşır?
– meydan oxuyurcasına dillәnәn İsanın sәsi otaqda
әks-sәda verdi.
– Mәn elә demirdim.
– Bәs onda nәyi demәk istәyirdiniz?

85
   80   81   82   83   84   85   86   87   88   89   90