Page 81 - "Bildirçin və payız"
P. 81
Áèëäèð÷èí âÿ ïàéûç

– Hә... Xoşagәlmәz vәziyyәtdir.
– Eybi yox. Bundan da yaxşı iş tapacağam, – İsa
sәsinә gümrahlıq vermәyә çalışdı.
Sәlva susqunluğu ilә sevgilisinә qarşı nәzakәtsiz
davrandığını düşünәrәk gülümsәmәyә çalışdı.
– Hardan tapacaqsan? Nә isә bir şey fikirlәşmisәn?
İsa bu suala o dәqiqә cavab vermәdi. Beynindә bir-
birindәn hәyәcanlı, bir-birindәn qorxulu fikirlәr
dolaşırdı: Sәlva onu hәqiqәtәnmi sevirdi? Vә sevirdisә,
nә qәdәr sevirdi? Görәn, tale ona daha hansı sınaqları
hazırlayıb? Yenә dә әvvәlki tәk saysız-hesabsız satqın-
larla üz-üzә qalacaq, yoxsa zaman onların sayını azal-
dacaq? Sәhәrki sorğu-sual sәhnәsi gәlib gözlәri önündәn
keçdi. Ürәyindә komissiya rәhbәrini doyunca söydü.
– Görüm dә... Ya hansısa şirkәtә düzәlәrәm, ya da
şәxsi iş quraram.
Sәlva dili ilә dodaqlarını yaladı. Fikri o qәdәr
dağınıq idi ki, özünü belә unutmuşdu. İsa nişanlısına
әzab verәn mәyusluq hissini asanlıqla sezirdi.
– Mәn deyirdim, heç olmasa sәn mәnә ürәk-dirәk
verәsәn, – İsanın sәsindә yalvarış nidaları duyulurdu.
– Sәnә müvәffәqiyyәt arzu elәyirәm, – Sәlva
dodaqaltı gülümsәdi.
İsa әlini nişanlısının kreslonun qoluna söykәnәn
әlinin üstünә qoyub pıçıltı ilә dedi:
– Bu cür sınaqlar, çәtinliklәr sevgimizә әngәl deyil,
elәmi?
– Hә... Hә...
Sәlvanın cavabı çox sönük sәslәndi. Onu sәmimi
qәlbdәn sevdiyinә İsa zәrrә qәdәr dә şübhә etmirdi.

81
   76   77   78   79   80   81   82   83   84   85   86