Page 79 - "Bildirçin və payız"
P. 79
Áèëäèð÷èí âÿ ïàéûç

fikirli otağa göz gәzdirirdi. Doğrudan da, qәşәng,
sәliqәli ev idi. Çox tәәssüf, bundan sonra onu qoruyub
saxlaya bilmәyәcәkdi. Olanı-qalanı bir dәnә ikiillik
mәvacib vә bankdakı kiçik mәblәğdә pul idi.
Hesabındakı bu pullar da vaxtilә kәnd ağsaqqalların-
dan müәyyәn xidmәtlәrә görә alıb yığdıqları idi.
“Qara günlәr” üçün kәnara qoyduğu pullar indi bir
müddәt işlәri yoluna qoymağa kömәk edәrdi. Amma
nә vaxta qәdәr? Uzağı sonrakı iki ilә. Nәzәrә almaq
lazımdır ki, dәhlizdә, qonaq vә iş otaqlarında divarda
vә yerdә olan bütün әşyalar ona bir vaxtlar “hәdiyyә”
olaraq verilmişdi. Günahkarlarla işdәn qovulanları
müqayisә etsәk, birincilәr say etibarilә ikincilәri ötәr. O
da, dostları da birincilәr sırasında idi. Görәsәn, harda
qaldı o gözәl günlәr?! O, çirkaba bulaşmayan әllәr?
Rüşvәt, korrupsiya mәsumluğun üstündәn xә çәkdi.
Mәnәn korlanması azmış kimi, indi cәmiyyәtdә
mövqeyini dә itirmişdi. Nazir postuna gedәn yolda –
hansı ki, bu mövqeyә bir әl uzanması qәdәr qısa mәsafә
qalırdı – günbәgün yüksәldiyi bir vaxtda qurduğu
planların hamısı iflasa uğradı. Xeyirxah әmәllәrinin bir
kәnara atılıb, yada salınmadığı vә yalnız sәhvlәrinin car
çәkildiyi bu dilbilmәzlәr, bәdxahlar dünyasında bun-
dan sonra necә ömür sürәcәkdi?

Hava qaralanda Əli bәyin evinә yollandı. Göyün
üzünü qapqara buludlar bürümüşdü, әsәn güclü
soyuq külәk küçәlәrin tozunu göyә sovururdu. Geniş
mәrmәr pillәkәnlәri yuxarı qalxa-qalxa fikirlәşirdi ki,
vәzifәsinin verdiyi toxunulmazlıq hüququ olmasaydı,
yәqin ki, qayınatası da onun kimi küçәlәrdә qalmışdı.

79
   74   75   76   77   78   79   80   81   82   83   84