Page 75 - "Bildirçin və payız"
P. 75
Áèëäèð÷èí âÿ ïàéûç

İbrahim әd-Dibağ” adı qeyd edilmişdi. İsa fikirli-fikirli
qovluğa baxırdı: onun şәxsi işi içәrisindәki bütün
mәlumatlarla birgә indi arxivә, yәni gedәr-gәlmәzә
göndәrilәcәk. Qovluqda olan sәnәdlәrdә ötәn illәrin
neçә-neçә tanınmış dövlәt xadiminin imzası vardır. Bu
şәxslәr şәrәf vә lәyaqәt simvolu olmaqla yanaşı,
Misirin xoşbәxt gәlәcәyinin ilk müjdәçilәri sayılırdı.

İsa ona çatacaq mәblәğlә bağlı sual etdi.
– On iki funt, – müdir cavab verdi. – Amma iki il
müddәtindә aylıq mәvacibinizi alacaqsınız.
İsanın çuxura düşmüş gözlәri son günlәrin gәrgin
keçdiyindәn xәbәr verirdi. Elә bil neçә yaş qocalmışdı.
Nazirliyin dәhlizindә son dәfә addımlayırdı. Bir azdan
buranı hәmişәlik tәrk edәcәkdi. İndi tam әmin idi ki,
tarixin dolanbac yollarından birindә zәrbә alacağı vә
qurbana çevrilәcәyi onun qismәtindә varmış. Bu günә
kimi nә qәdәr tәhlükәlәrlә üz-üzә qalsa da, bәxti
gәtirmişdi. Doğrudan da, bәzәn biz insanlar taleyin
amansız oyunlarının iştirakçısına çevrilirik. O, daim
himayә etdiyi, çiynindә daşıdığı sevimli bәndәlәri belә
bәzәn uçurumdan aşağı yuvarladır vә kimin ayaq üstә
qalacağı, kimin müvazinәtini itirib ölümün ağuşuna
düşәcәyinin fәrqinә dә varmır.
İsa böyük şәhәrin küçәlәrindә günәşin yandırıcı
şüaları altında uzun-uzadı mәqsәdsiz gәzib-dolaşdı.
Elә gedirdi ki, sanki ayağının altını görmürdü. Sevimli
kafesinin yanından keçәrkәn ayaq saxladı. İçәri keçib
boş masalardan birindә әylәşdi. Günün bu vaxtı
dostlarından kimisә görmәyinә ümid etmirdi. Çay içә-
içә divardan asılmış güzgüdә özünә baxdı: ağlamalı

75
   70   71   72   73   74   75   76   77   78   79   80